Page 155 - "Yolüstü söhbət"
P. 155
Burda daldalanmağı yaxşı oldu. Burda istədiyi qədər
gözləyə də bilər, heç kim ona fikir verməz, çünki burda ha-
mı nəyisə gözləyir. Həm də yaxşı oldu ki, evə də zəng elə-
di. Yoxsa neçə vaxtdı narahatdı, hər gecə yatağa girəndə
zəng vurmadığına görə özünü danlayırdı. Daha beş-on
gün bu narahatçılıqdan canı qurtardı. “Rəhman özünü
asıb...” Anası, yəqin, söhbətləri maraqlı olsun deyə dedi.
Qorxdu oğlu birdən elə fikirləşər ki, orda camaat çox
sönük, cansıxıcı ömür sürür. O da tələsik heyrətləndi:
“Asıb?! Niyə axı?” Qoy anası da bilsin ki, bu, onu doğrudan
da, çox maraqlandırır, hətta düzəməlli tanımadığı adamın
halına da acıyar.

Qapının yanında bir oğlanla qız utancaq-utancaq nəsə
pıçıldaşırdılar. Hiss olunurdu ki, yenicə evləniblər, bir-
birilərini hələ yaxşı tanımırlar. Ona görə tez-tez gülümsəyirlər,
çalışırlar bir-birilərinin xoşuna gəlsinlər. Həmişə belədir:
xoşa gəlmək üçün, yaxşı adam olduğuna inandırmaqdan
ötrü əvvəl-əvvəl dəridən-qabıqdan çıxırsan, hər hərəkətini
ölçüb-biçirsən, üzündən təbəssüm əskik olmur. Elə ki,
ürəyinə girdin, yaxşı adam olduğunu sübut elədin – rahat-
lanırsan. Sonra sancmaq da olar, incitmək də, yeri gələndə
saymamaq da: qoy günahı özündə axtarsın, mən ki, özü
bilir, yaxşı adamam?! Ancaq hər şeyi bəlkə də axırdan
başlamaq daha maraqlı olar. Qoy əvvəl-əvvəl səndən zəhləsi
getsin, sonra yavaş-yavaş nələrsə tapıb, başlasın xoşlamağa.
Hə, onda aldanıldığını düşünüb ümidsizləşməzsən.

Rəhman onunla yaşıd olardı, ya ən uzağı, üç-dörd yaş
böyükdü. Nədənsə, çox vaxt cavan adamlar özünü öldürür.
Ola bilsin, cavanı həyata bağlayan şeylər azdı ki, həmin
bağları qırmağa da o qədər heyifsilənmir. İndi tanıyanların
hamısı, qohum-qardaş yığışıb yasına gedir, kədərlənir,

155
   150   151   152   153   154   155   156   157   158   159   160