Page 170 - "Yolüstü söhbət"
P. 170
-birlərini xatırladacaq keçmişləri yox idi, onlar daha yad
adam idilər. Allah iki yad adamı haradansa gətirib bu evdə
görüşdürmüşdü. Bax, hər şey doğrudan da indi başlayırdı.
Təzədən işıqlı nöqtələri yandırmaq, yad qadında özünə
qarşı maraq oyatmaq həvəsi onu rahat qoymurdu. İndi
daha hər şey özündən asılı olduğundan, əvvəlcədən heç
nə ummadığından qadının biganəliyi onu çox da elə ağ-
rıtmırdı. Bəlkə də kimlərsə bu qadının təkcə əllərinə toxun-
maq üçün çox şeyə razı olardılar, çox şeydən keçərdilər,
amma o, ağrısız, əziyyətsiz, kişinin ala biləcəyi hər şeyi
ondan alıb. Ancaq o, endiyi bu pillədə dayanıb durmaq
istəmirdi, qan kimi ürəyə axmaq istəyirdi, oyunun gözəl
olması üçün hissləri də bu oyuna qoşmaq istəyirdi. Buna
görə qadına qarşı lap diqqətli olmağa başlamışdı, onun
hər istəyini əvvəlcədən tutmağa çalışırdı. Hətta daha öz
geyiminə, danışığına, duruşuna, səliqə-sahmanına da fikir
verməyi yaddan çıxartmırdı. Hər söz, hər hərəkət suya
atılmış daş idi. Daş düşəndə suyun necə diksinib sıçramağı,
necə çevrələnməyi onun gözündən yayınmırdı. O da
gözündən yayınmırdı ki, diqqətli olmağı qadını bir az da
ondan uzaqlaşdırır, qadın da yad adamın yanında hətta
nədənsə utanmağa başlayır, nədənsə çəkinir. Hər sözünü,
hərəkətini ölçüb-biçməyə başlayır. Elə onun istədiyi bu
idi, uzaqdan qadın onu lap yaxşı görəcəkdi, uzaqdan o,
əlçatmaz görünəcəkdi. Sahili yalayıb çəkilən dalğa daha
artıq həvəslə yenə sahilə qayıdacaqdı.

Dalğanın durulub, təmizlənib köpükləri içində onu
batırması üçün, qadının ərindən boşanandan sonra unutduğu
bəzi vərdişləri oyatmaq lazımıydı. Hərdən özünü evin
dərd-sərini çəkən ər kimi qayğılı aparmağı, nəyəsə hirs-
lənməyi, hərdən corabını, köynəyini yudurtmağı, indi

170
   165   166   167   168   169   170   171   172   173   174   175