Page 175 - "Yolüstü söhbət"
P. 175
a saldı, sonra hönkür-hönkür ağladım. Uşaqlar oğlanlı-
qızlı yığılıb gəliblər körpəni görməyə. Bu da gec gəlib,
içəri girdi ki, qabağımızda çay-çörək, deyə-gülə musiqiyə
qulaq asırıq. Durduğu yerdəcə qapqara qaraldı. Bildim, bu
saat partlayacaq. Canımı qorxu aldı. Uşaqlar da dinməzcə
durub gözləyirlər ki, gələndə görüşsünlər. Bu ancaq heç
kimə baxmır. Durdu, durdu, sonra da düz gözümün içinə
baxıb: “gəl, – dedi, – gəl ayaqqabımı çıxar”. Elə dedi, hamı
eşitsin. Oturduğum yerdəcə öldüm. Başqa vaxt ayaqqabısını
da çıxartmışam, ayağını da yumuşam, özüm eləmişəm,
istəyib eləmişəm, ancaq indi... Hamının da gözü bizdə.
Nətəri durmayım? Durmasam, canımı alar. Heç ağına-
bozuna baxmaz, lap uşaqların yanında vurar. Allah, sən
özün saxla. Durdum da, çıxartdım da...Yenə də çıxardar-
dım, dilimi dişimlə tutub dözərdim, bircə getməyəydi,
getməyəydi. Həmişə elə olmayacaqdı ha. Sevirdim onu,
istəyirdim onu, gec-tez başa düşəcəkdi. Evlənmişdisə, nəyə
görəsə evlənmişdi, nəyə görəsə bağlanmışdı mənə. Toy
günü otağımda dura bilmirdim. Hərdən pəncərədən boylanıb
baxırdım, səsi qulağıma dəyəndə ürəyim düşürdü. Öz-
özümə deyirdim ki, bax, bu səsini eşitdiyim adam ərim
olacaq, bu gündən həmişə bir yerdə yaşayacağıq, küçədə
məni görəndə deyəcəklər: bu, filankəsin arvadıdı. Deyirdim,
təkrar eləyirdim, bədənim uçunurdu. Ağ köynək, qara
kostyum geyinmişdi. Qalstukdan xoşu gəlmirdi, ancaq
taxmışdı. Elə həyəcanlıydı ki. Gözləri par-par parıldayırdı,
sifəti qızarmışdı. İçəri girəndə gedib ayağını basdım. Güldü.
Deyir, dəxli yoxdu, onsuz da bu evin ağası mən olacam.
Sonra əllərimi açıb öpdü, dedi, xoş gəlibsən. İkimiz də
titrəyirdik... İndi onlar hamısı adama yuxu kimi gəlir. Çıxıb
gedəndə də elə bil yuxu görürdüm. Elə sakitcə getdi, hər

175
   170   171   172   173   174   175   176   177   178   179   180