Page 178 - "Yolüstü söhbət"
P. 178
əsə dərmandı. Elə ona görə də adamın başına nə iş
desən gəlir. Yenə darıxdım. Bircə vaxt tez gələ, çıxıb gedəm
evə. İkicə gündən sonra evdəyəm. Rüstəm yatmış olacaq.
Mən gələndən yəqin xalasına gün verməyib, durub-durub
gözünün qorasını sıxıb. Əvvəl heç məndən ayrı yatmırdı
da. Oyanıb yanında görməyəndə çır-çır çığırırdı. Gərək
yenə götürüb qoyam yanıma, yoxsa yuxuya getməz. Bir də
görürsən yuxuda öz-özünə nəsə mızıldayır, gülür. Adamın
inanmağı da gəlmir ki, bu balaca canın yiyəsi yuxu görə.
Yatanda da elə fısıldayır, elə fısıldayır, lap elə bil yekə
kişidi. Bir əli də həmişə döşümün üstündə olur. Bərk-bərk
mənə sıxılır, guya bu saat durub qaçasıyam. Mənə öyrəşib
deyən, ayağımı bir az o yana qoyan kimi bağrı çatlayır.
Artıq yekə kişidi, yenə məndən əl çəkmir. Gedəndə oyun
çıxaracaq. Gərək könlünü alam, bir saat dil tökəm, barışaq.
İndi, yəqin, yatmamışdan qabaq yenə donquldana-don-
quldana məni soruşub. Bacım da başını aldadıb ki, sən
tezcə yat, səhər duracaqsan ki, gəlib... Daha gecə keçir.
Yatsaydım, doğrudan da, indi səhər açılmışdı.
***
Səhərin gözü yağışla açılırdı. Min ilin yağışı dünyanın
cavan görünmək həvəsini öldürmüşdü. Torpağın, yaşılı
içinin istisinə çəkilmiş çılpaq ağacların, boz-bulanlıq səmanın
üzündən yaşanılmış əsrlərin yorğunluğu tökülürdü. Bu il
buludlar bircə dəfə qar gətirmişdi. Onda da qar, torpağı
öpən kimi ərimişdi. Uzaqda görünən dağların ağlığı hələ
qışın keçib getmədiyini desə də, günü-gündən camaat bir
də qar görəcəyindən əlini üzürdü. Qışın canı yağışla çıxırdı.
Yağışın səsi Rüstəmi oyanmağa qoymurdu. Damdakı to-
178