Page 182 - "Yolüstü söhbət"
P. 182
bir həftəydi getmişdi Bakıya və çətin həmin vaxta
qayıdaydı. Onsuz da Məcidin ailəyə gətirdiyi təzə adətə
bacısı həmişə kinayə ilə baxırdı. Bir-iki gün əvvəl zəng
edib deməsə, ad günü heç onun yadına da düşməzdi.
Amma zəng edib yadına salanda da özünü o yerə qoymurdu:
“Bilirəm də, yadıma salmasan da olar”. Dünyada hər şey-
dən inciməmək üçün, hər şeyi ürəyinə salmamaq üçün
Süsən lazımi qədər yaşamışdı. Bacısının gəlməyi-gəlməməyi,
yadına salmağı-salmamağı xırda şeylərdi, ancaq sabah
onun Məcidin yanında utanmaması üçün, Məcidin qıs-
qanclıqla gözlədiyi, hazırlaşdığı həmin gündə bacısının
olmağı vacibiydi. Məcid hər şeyi üzə vuran deyildi, incisə
də, xoşu gəlməsə də, onun yanında bacısı haqda pis bir söz
deməzdi. Amma Süsən daha çox şey umurdu, istəyirdi bu
adamların özləri bir-birinə hörmət eləsin, bir-birindən ötrü
darıxsın. Bacısının Məciddən xoşu gəlmədiyini o görməyə
bilmirdi. Bunu heç bacısı gizlətmək də istəmirdi, elə bil
həmişə Məcidin hərəkətində, sözündə bir şey axtarırdı ki,
gülsün, əylənsin. Hətta ona sataşmaq həvəsindən belə özü-
nü saxlayammırdı.

Süsən üçün bacısı həmişə sirr olmuşdu, gözü qabağında
böyümüş adamı o, hələ də tanıya bilmirdi. Bəzən ona elə
gəlirdi ki, bax, indi tanıyıb, daha pis-yaxşı budur, di gəl,
elə səhərisi qarşısında başqa adam dayanırdı. Bu, hər
görüşdə təkrar olunurdu. Hər görüşdə də o, tanımadığı
adamı tanımaq üçün, xətrinə dəyəcək bir söz deməmək
üçün, bir hərəkət eləməmək üçün dəridən-qabıqdan çıxmalı
olurdu. Həmin gün bir-birilərini başa düşəndə, bir-biri-
lərindən razı ayrılanda tanıdığı adamı o, son kərə görürdü.
Bir damın altda böyüdüyü, göz açdığı dopdoğmaca bacısını
tanıya bilməməyi, hər dəfə hisslərinin tarıma çəkilməyi

182
   177   178   179   180   181   182   183   184   185   186   187