Page 186 - "Yolüstü söhbət"
P. 186
ribançılıq bilə-bilə ağrıyan yerə toxunmaqdan savayı
bir şey deyil. Qarşıdakının da dişiylə dodağını sıxıb ağrısını
içinə salmaqdan savayı başqa çarəsi qalmır.

Süsən soruşdu ki: bəs demədi, qız hardadı?
Söhbətin kimdən getdiyini bilməsin deyə uşağın yanında
ad çəkmirdilər.
“Bakıya gedib, dedim, özünü həkimə göstərməyə”.
Bacısının nəyə görə boşandığını Süsən bilmirdi. Bacısının
xoşbəxt görkəmi onu, dilinin ucuna gələn bəzi sözləri soruş-
mağa qoymurdu. Amma, nədənsə, bu boşanmanın Vahabın
təqsiri üzündən olduğuna heç inanmırdı. Bir yana baxanda
o, Vahabı yaxşı tanımırdı, evlərinə qonaq kimi gəlmişdilər –
qarşılamışdı, getmişdi – qarşılamışdılar. Vahab az danışa-
nıydı, qaraqabağıydı, arada həmişə pərdə saxlayırdı: nə özü
çox yaxınlaşırdı, nə başqasını çox yaxınlaşmağa qoyurdu.
Ancaq bir dəfə, Rüstəm xəstələnəndə Vahabın necə uşaq
kimi özünü itirdiyini, kömək üçün, təsəlli üçün gah həkimin,
gah onların üstünə qaçırdığını, həmin günü, həmin Vahabı
Süsən yadından çıxarammırdı. Uşaqda qorxulu bir şey yox
idi, azca qızdırması qalxmışdı. Bacısı da ərinin əl-ayağa düş-
məsinə gülürdü. Amma Vahab özünü ələ alammırdı: hirs-
lənirdi, yalvarırdı, bir dəqiqə dil-boğaza qoymurdu. Həkim
iynə vuranda baxmamaq üçün durub başqa otağa keçdi,
uşağın çığırtısını eşidəndə o boyda kişinin gözləri dolmuşdu.
Həmin gün ayrılıb, evlərinə qayıdanada Süsən bacısına görə
sevinməyə bilmirdi. Elə bil həmin gün Vahabı işığa tutub
baxmışdı, bu quru, qaraqabaq adamın ürəyini görmüşdü.
Daha kim onun haqqda nə deyir-desin, Süsənə dəxli yoxdu,
Süsənin ona pis deməyə dili gəlməzdi. Həmin gün gördüyü
adamın səbəbsiz pislik edəcəyinə Süsən inanmırdı.
Vahab gələndə Məcid üzünü qırxıb qurtarmışdı. Nə qə-

186
   181   182   183   184   185   186   187   188   189   190   191