Page 190 - "Yolüstü söhbət"
P. 190
nca qaç, bunun dalınca qaç. O qoyma suya girdi, vay,
qoyma bu çaydanı üstünə aşıracaq. Hələ evin işi-gücü.
Heç bilmirsən otaqları kim zibilləyir. Gələn yox, gedən
yox. Bir özləridi. O, qayınanası, qayınatası, iki də uşaq.
Ancaq gəl görüm bir gün otaqları silib-süpürmə. Deyərsən,
toy eləyibsən, yüz adam yola salıbsan. Əlinin papağı Vəlinin
başında, Vəlinin papağı Əlinin. Yığırsan, yığışdırırsan, bir
də görürsən ayağının hərəsi bir dil deyir. Uşaqları
yatızdırdığın yerdə özünü yuxu aparır. Bir dəfə eləcə də
olmuşdu. Uşaqlar təzədən durub babaları ilə oynayırlar, o
isə yatıb. Hələ də yeri düşəndə danışıb gülürlər. Stolun
üstünü də tələsik yığışdırıb uşaqları yerinə saldı. Uşaqlar
oyanana qədər gərək aparıb işıq pulunu keçirə, qayıdanda
bazara, aptekə də dəyə. Son vaxtlar bir ayaqları aptekdədi.
Gah uşaqlar xəstələnir, gah özü, qocalar da ki, çoxdan
daha qocalığı dava-dərmanla ovudurlar. Qayınatası işləyəndə
qıvraqdı. Gedirdi, gəlirdi, işə-gücə başı qarışırdı, daha
canının ağrısına vaxt qalmırdı. İşdən ki çıxdı, qocalığı boy-
nuna aldı. Birdən-birə düşdü. Bütün gün bekar: oturur –
fikirləşir, durur – fikirləşir. Qayınanası kişinin azarını bilir.
Deyir, nə oturursan evdə, get bazara, çayxanaya, otur, dur,
gap elə, dominodan-nərddən oyna, başın qarışsın. Kişinin
də ki, çayxana ilə, yığnaq ilə əvvəldən arası yoxdu. Hər
dəfə arvadın ağzından vurur, deyir, əl-ayağına dolaşıram
– gedim, gözünə girirəm – gedim, bezibsən – gedim. O
söylənir, bu söylənir, bir də görürsən hirslənib bir-birilərinin
xətrinə dəydilər. İki yaxşı adam bir-birilərini başa düşməyib
heç nəyin üstündə incişəndə, heç nəyin üstündə bir-
birilərinin ürəyinə toxunanda onun ağlamağı tutur.

Hava bozarıb, lap qar havasıdı. Plaşından özünün də
xoşu gəlir. Elə tək plaşa görə gəzməyə çıxmağa dəyər. Ra-

190
   185   186   187   188   189   190   191   192   193   194   195