Page 189 - "Yolüstü söhbət"
P. 189
adı, ordadı...” Vahab üzünü tutub zarıyırdı, başını
döşəməyə çırpırdı: “İşığı keçir, işığı keçir, keçir...” O isə
zorla Vahabın əlini üzündən qoparıb gözünə baxmaq
istəyirdi. Vahab zarıyırdı, əliylə üzünü lap bərk-bərk
qapayırdı: “Belə şeyə gülməzlər, belə şeyə gülməzlər,
gülməzlər, gülməzlər...” Məcid bu qəribə yuxusunu heç
kimə danışmamışdı. Amma yuxudan sonra Vahabı görəndə
günah iş tutmuş adam kimi utanırdı, gözlərinə baxa bilmirdi.
Daha Vahabın atmacaları, kinayəli-kinayəli gülümsəməyi
onu özündən çıxarmırdı. Gözünün qabağına yuxuda
gördüyü Vahab gəlirdi, o saat hirsi soyuyurdu.

Vahab uşağı götürüb aparandan sonra evdə sakitlik ol-
du. Televizorun da səsi elə bil batmışdı. Məcid ayağını sü-
rüyə-sürüyə gedib televizorun qabağında oturdu. Pencəyi
soyunmağı unutmuşdu.

Süsən bayaq Vahabın uşağı qucağına götürüb yağışdan
qoruna-qoruna necə küçəyə çıxdığını yadına saldı. Sonra
bacısı, bacısının gəzməyə getdiyi Bakı yadına düşdü. Görən,
orda yağış yağırdımı? Yenə qəfilcə indi ilə keçmişin sər-
hədlərinə sığışmayan, hardasa illərin birində durub onu
gözləyən, həmin ilin, həmin günün bir anı işıq saçıb yad
bir otağı işıqlandırdı: o, yad evdə yad bir kişinin uşaqlarına
yemək çəkirdi...

***

Yeməyini tezcə yedi. Uşaqlar doğulandan öyrəşmişdi.
Əl-ayağına dolaşan olmayanda da tələsiyirdi, elə bil dalınca
atlı çapır. Qayınatası belə deyir. Deyir, heç cavab da gözlə-
mir. Bilir ki, bu cür də olmalıdır. Uşaq, uşaq ha deyil, od-
du, yalovdu, bir dəqiqə, bir yerdə bənd almırlar. Onun da-

189
   184   185   186   187   188   189   190   191   192   193   194