Page 185 - "Yolüstü söhbət"
P. 185
ib üç dəfə banlayasıydı. O, tezcə yedi. Məcid banlayası
oldu. Sonra dedi ki, vaxtsız banlayan xoruzu gərək kəsəsən,
gedib ülgücü gətirdi, enli zabit kəmərinə çəkib itilədi,
amma başladı üzünü qırxmağa: başı üzülməmişdən qabaq
adam gözəl-göyçək olmalıdı.

Süsən televizoru açmışdı, Moskvadan son xəbərləri ve-
rirdilər. Guya Azərbaycanın bəzi yerlərində qar yağacağı
gözlənilirdi, heç yağışın adını da çəkmədilər. Azərbaycan
böyük deyildi, di gəl, balaca da deyildi, bəlkə, doğrudan
da, indi tək bura yağır, qalan yerlərin yağışdan xəbəri
yoxdu. Amma nəsə əlindən bezdiyin yağışa baxanda adamın
inanmağı gəlmir, elə bilirsən bura yağırsa, elə dünyanın
hər yerinə yağır, hamı da sənin kimi yağışdan zinhara
gəlib.

Sonra konsert başladı. Rüstəm Məcidin nağıl danışacağını
unudub indi maraqla televizora baxırdı. Ara qapı taybatay
açıqdı, Süsən də stolun üstünü yığışdıra-yığışdıra hərdən
televizora sarı boylanırdı.

Məcid sabunu küpükləndirə-köpükləndirə Süsəni səslədi
ki, dünən yadımdan çıxdı deyəm, uşağın pal-paltarını ha-
zırla, atası gəlib aparacaq. Bacısı boşanandan sonra Süsən
Vahab ilə rastlaşmaqdan qaçırdı. Vahabı bacısına görə tanı-
mışdı, Vahab bacısına görə onların ailəsinə yaxın olmuşdu,
indisə elə istər-istəməz bacısına görə də ayağı onların evin-
dən kəsilmişdi. Küçədə qəfil qabaqlaşanda istəyirdi özünü
görməzliyə vursun, çünki bir vaxt ailələrinə çox yaxın
olmuş adama quruca salam verib keçmək yaxşı çıxmırdı,
amma dayanıb söhbət eləmək, hal-əhval tutmaq, evə dəvət
eləmək də yaxşı çıxmırdı. Bilirsən onsuz da gəlməyəcək, o
da başa düşür ki, boğazdan yuxarı deyirsən. Bu məcburi

185
   180   181   182   183   184   185   186   187   188   189   190