Page 183 - "Yolüstü söhbət"
P. 183
səni yorurdu. Hərdən nə qədər ağır olsa da, onu görmək
istəmədiyini özündən gizlədəmmirdi. Hamının adını
tutduğu, təriflədiyi, xoşu gəldiyi bu adam onunçün hələ
də yad olub qalırdı və yad adamın həyatı sarıdan o, nəyə
görəsə qorxurdu. Qəribə orası idi ki, bu qorxu, narahatçılıq
həmişə varıydı. Bacısının barmaqla göstərilən ailəsi, əri,
uşağı, yaxşı dolanacağı olduğu vaxtda da o qorxurdu. Ha
fikirləşirdi, narahatçılığın səbəbini, nədən yarandığını,
hardan yarandığını axtarıb tapammırdı. Amma qorxu va-
rıydı. Bacısının, xoşbəxtliyin işığı hopmuş çöhrəsi də onu
aldadammırdı. Sonralar, bacısı ərdən boşananda, bir uşaqla
tək qalanda fikirləşmişdi ki, qorxmağı, narahat olmağı pis
əlamət imiş, bacısının boşanmağına haradasa o da təqsirkardı.
Dərdinə şərik olmaq üçün, onu ovundurmaq, sakitləşdirmək
üçün bir yol axtarıb tapınca, bacısını yenə şən, qayğısız
görüb əli üzündə qaldı. Bacısının itirdiyi nəydi, tapdığı
nəydi, üz-gözündə xoşbəxtlik bildiyi nişanə nəydi? Hamı
yenə bacısından danışırdı, tərifləyirdi, sevirdi, hamı ona
“xoşbəxtdi” deyirdi. Amma Süsəni çaşdıran, bacısının da
öz həyatından razı olmağıydı, üz-gözündə xoşbəxtlik,
bildiyi nişanə idi. Axırıncı səfər bacısını görəndə, dediklərini
eşidəndə ona elə gəlmişdi ki, narahatçılığın səbəbini tapıb.
Bacısı uşağı onun yanında qoyub Bakıya gəzməyə gedirdi:
tamaşalar, konsertlər, muzeylər... Bacısı danışdıqca Süsənin
gözü qabağına iri, gözəl, yaraşıqlı binalar gəlirdi, bu
binaların əhatəsində bacısı ona elə həmin binalar kimi çox
uzaq, çox yad görünürdü, yad bir həyatın nəfəsi ürəyini
qorxu ilə doldururdu. Özünü bacısının yerində təsəvvür
eləmək Süsən üçün çətindi, amma bacısının yerində olmaq
fikri Süsəni sevindirmirdi. Öyrəşdiyi həyat, öyrəşdiyi ev
kimi onu özünə bağlamışdı...

183
   178   179   180   181   182   183   184   185   186   187   188