Page 181 - "Yolüstü söhbət"
P. 181
dan heç cür çıxmaq olmazdı, yol isə onu illərin xatırlatdığı
ana get-gedə lap yaxınlaşdırırdı. Amma indi ilə keçmişin
sərhədlərinə sığışmayan, bu günlə, hardasa durub onu
gözləyən illərin xatırlatdığı qorxulu anın arasında onun
lap qorxduğu bir an da var idi. Bu an hərdən işıq saçıb yad
bir evi işıqlandırırdı: o, yad evdə dul bir kişinin uşaqlarına
yemək çəkirdi... “Güzgüdə” özünə baxmaq nə qədər çətin
olsa belə, Məcidə görə dünən də Süsən şən, qayğısız
görünməyə çalışmışdı, ertədən biş-düş eləmişdi, axşam ev
paltarını çıxarıb belə günlər üçün saxladığı uzun ətəkli,
qırmızı gəlinlik paltarını geyinmişdi. Süfrə arxasında otu-
randa Məcid də geyinib-gecinmişdi, üzünü qırxmışdı, saçını
daramışdı. Sonra işığı keçirib rəngbərəng şamları yandır-
mışdılar, şampan partlatmışdılar, Məcid sağlıqlar demişdi.
Şampan partlatmaq, şam yandırmaq, səliqə-sahmanla
geyinib-kecinmək keçən illərin təkrarı idi. Bircə dünən ilk
dəfəydi ikilikdə oturmuşdular. Məcidin şənlənməsi üçün
beləcə ikilikdə, mehriban, kefi kök oturmaları bəs eləyirdi,
daha heç nə, heç kim lazım deyildi. Amma Süsən ad günü-
nə istədiyi adamları çağırmağa öyrəşmişdi. Başqa vaxt
yaxın adamlarla bir süfrə arxasında görüşmək, onsuz da
mümkün deyildi, hərənin öz dərdi, öz azarı. Heç olmasa,
ad günü görüşməyə bəhanə olurdu. Dünənsə istədiyi kimi
alınmadı. Rüstəmi də aparıb vaxtından qabaq yatızdırdı.
Üçlükdə oturmaq fikrində varıydı, amma alaqaranlıq otağı,
bəzənmiş süfrəni, bir də özünü, Məcidi, uşağı süfrə arxasında
gözünün önünə deyib-gülən gətirəndə fikrindən daşındı.
Bu lövhədə sonra adamın ürəyini ağrıdacaq həddindən
çox xoşbəxtlik varıydı.

Ad gününü ikilikdə keçirməli olacaqlarını Süsən əvvəl-
cədən bilirdi, görmək istədiyi adam var-yox bacısıydı, o da

181
   176   177   178   179   180   181   182   183   184   185   186