Page 177 - "Yolüstü söhbət"
P. 177
xuram. Arvadlar da böyrümdə gülür. Qurban olum
balama, bilirəm kimdən ötrü yaşayıram, bir dəfə qucaqlayıb
sinəmə sıxanda bütün ağrım-azarım çıxır yadımdan. İnnən
belə daha mənə heç nə lazım deyil. Umacağım yox, küsə-
cəyim yox. Balam var, əlini bir yana çatdırsam bəsimdi.
Kim nə deyir desin, ərə getmək heç ağlıma da girmir. Fi-
kirləşəndə ki, yenə kiminsə pal-paltarını yuyacam, kiminsə
altını təmizləyəcəm, hər cür naz-qozuna tablaşacam –
bağrım çatlayır. Ona dözürdüm, dözərdim. Amma başqasına
dözəmmərəm, bircə gün də yola gedəmmərəm, dəli olaram.
Nə bilim, bəlkə də sabah hər şeyə başqa cür baxacam, lap
ərə də gedəcəm. Ancaq getsəm də, ağılla-başla gedəcəm.
Daha mənim sevgi-məhəbbətlik halım yoxdu. İndi bu da
durub mənə sevgidən danışır, nədənsə inciyir, nəsə istəyir.
Nə istədiyini heç özü də bilmir. Hələ evli olduğunu da
gizlətmişdi. Mən də sözünün başına ip salmıram, danışır,
danışsın. Lap əvvəllər, birinci dəfə görüşəndə, yadımdadı,
soruşdum: məni alarsanmı? Bilmirəm, niyə soruşdum,
istəsəydi gedərdimmi? Bilmirəm, indi bilmirəm. Amma
“yox” dedi. Əlbəttə, başqa nə deyəydi, ərdən boşanmışı
uşaqla hansı ağılsız alar. Daha təzədən bu incimək nədi,
bu söz-söhbət nədi, başa düşmürəm. Deyəsən, elə bilir du-
rub Bakıya ondan ötrü gəlmişəm. Məktub yazıb, mən də
durub qaçmışam. Desəm, gəzməyə gəlmişəm, axmağam,
indi nəyəm, nə deyiləm, səni də yada saldım – inciyəcək.
Amma Bakıya birdəfəlik köçüb gəlmək pis olmazdı. Böyük
şəhərdi, tanış-bilişdən uzaq, dedi-qodudan uzaq. Qocanın
ağlı olsaydı razılaşardı, evləri dəyişərdik. O gün deyirəm,
lap üstündə pul da verim, ağız-burnunu əyişdirir. Onsuz
da yıxılıb öləcək, evciyəz qalacaq hökumətə. Allah, keç
günahımdan, gör nələr fikirləşirəm. Deyir, özgəsinin dərdi

177
   172   173   174   175   176   177   178   179   180   181   182