Page 180 - "Yolüstü söhbət"
P. 180
anıb ürək sıxan sopsoyuq qış yağışına baxa-baxa keçənləri
ağrısız yada salmaq, tək dayanıb heç nə xatırlamamaq qə-
dər çətindi.

Divara bərkidilmiş təqvim martın 4-nü göstərirdi. Bu,
dünənki tarixdi. Dünənin qayğılı kölgəsi hələ Süsənin də
üstündəydi. Rayonu aram-aram oyadan bazar günü onunçün
ancaq evdəkilər durandan sonra başlayacaqdı. Evdəkilər
durandan sonra söz-söhbətin, təbəssümün, baxışların, bir
ailə qayğısının içində Süsən dünənindən ayrılıb ömründəki
illərin sayını-hesabını itirəcəkdi. Özünü biləndən bu üç
göz evdə illərin haq-hesabının aparıldığını o görməmişdi.
İllər onlardan xəbərsiz keçib-gedirdi. Bilirdilər ki, anaları
dünyadan köçəndə iyirmi altı yaşı olub, bir də ataları vəfat
eləyəndə bildilər ki, kişi cəmi-cümlətəni otuz səkkiz il ya-
şayıbmış. Otuz səkkiz il, demə, az imiş. Az, ya çox, amma
onlara elə gəlirdi ki, ataları, gözlərini açıb capcavan gördük-
ləri dünyadan qocadı. Süsən onda başa düşmüşdü ki, illərə
inanmaq olmaz. İllər insanı nə qocaldır, nə cavanlaşdırır,
nə xoşbəxt eləyir, illər hər addımda gözə girməklə, hər ad-
dımı ölçməklə adamı ancaq onu qarşıda gözləyən nəsə
qorxulu bir ana hazırlamaq istəyir. İstəyir, di gəl, elə adamı
vaxtını, vədəsini bilmədiyi həmin anın vahiməsi üzür.

İllərin haqq-hesabını aparmağı, illərdən xəbərsiz yaşayan
bu ailəyə Məcid gətirdi. Məcidin gəlişi ilə Süsən ilk dəfə
güzgüdə öz çöhrəsini gördü. İlk dəfə bu, xoş idi. Sonra tez-
tez “güzgüyə” baxdıqca çöhrəsində nəyinsə dəyişdiyini,
qırışların artıq dərinləşdiyini, gözlərindəki odun qırpım-
qırpım söndüyünü qüssə ilə sezdi. Bayaq yol gedirdi, am-
ma yol getdiyini, hara getdiyini bilmirdi, bilmək də istəmirdi.
İndisə yerin fırlana-fırlana onu da fırlatdığını görməyə bil-
mirdi, hər addımda keçdiyi yolun ağırlığını hiss eləyirdi.

180
   175   176   177   178   179   180   181   182   183   184   185