Page 179 - "Yolüstü söhbət"
P. 179
lar kimi bu zığda, palçıqda onu da evdən bayıra
buraxmayacaqdılar. Qarşıda içindən keçiləsi uzun, cansıxıcı
bir gün dururdu. Gün elə indi də başlaya bilərdi. Gözünü
açsa, yerindən tərpənsə, xalası onu geyindirib sonu görün-
məyən yolun ağına salacaqdı. Yaxşısı budu, qoy yatsın, bir
az da mürgüləsin, qoy gün öz yükünü ondan xəbərsiz çə-
kib aparsın.
Bütün evdə ancaq orta otağın işığı yanırdı. Hava ay-
dınlaşdıqca, bayırın işığı dalğa-dalğa evə dolub, otağın işı-
ğına kölgə salırdı. Əşyalar rəngini, parıltısını itirir, elə bil
hüdudsuz dünya önündə öz cılızlığından utanıb lap kiçilir-
dilər. Süsən bir-birinə qarışan iki işığın arasında oturub di-
lim-dilim doğradığı çörəyi sobanın üstünə düzürdü. Çay
dəstgahı çoxdan hazır idi. İsti qalsın deyə, o da həmişəki
kimi sobanın böyrünə sığınıb öz vaxtını gözləyirdi. Bu gün
bazar günüydü. Bazar günü olduğu rayonun aramlı, heç
nəyin xələl gətirmədiyi, səksəndirmədiyi oyanışından da
duyulurdu. Qayğısızlıqdan, bekarçılıqdan ləzzət almaq
üçün evlərin çoxu hələ öz qapı-pəncərəsini dünyanın üzünə
bağlamışdı. Vaxtın qovmadığı bazar günü oyanıb yatağın
istisini hiss eləyə-eləyə nə haqdasa düşünməyi Süsən çox
xoşlayırdı. Fikri uzağa getmirdi, yaşadığı otuz iki illə bu
gün arasında qapanıb qalırdı. Ancaq axır vaxtlar indi ilə
keçmişin sərhədlərinə sığışmayan eyni bir lövhə qəfilcə
gözünə görünürdü: o, yad evdə dul bir kişinin uşaqlarına
yemək çəkirdi. Bu lövhə tez-tez təkrar olunduğundan,
daha Süsən canında qorxu, sızıltı hiss eləmirdi. Qorxu,
sızıltı – dərd-sərinə, sevincinə öyrəşdiyi otuz iki ilə qaynayıb-
qovuşub yaşanılmış ömür kimi doğmalaşmışdı. Yaşadığı
ömrə Süsən peşman deyildi, otuz iki il ayaq basdığı torpaq
kimi, üstündə nə desən yetirmişdi. Amma səssizlikdə təkcə
179