Page 184 - "Yolüstü söhbət"
P. 184
Hava lap işıqlandığından Süsən durub işığı söndürdü.
Otaq birdən-birə kimsəsizləşdi. Evi ada kimi dünyadan
ayıran üzüntülü yağışı görməmək üçün başını bir işlə
qatmağa çalışdı. Qızarmış çörək dilimlərini boşqaba yığıb
stolun üstünə qoydu. Soyuducudan yağ, pendir çıxartdı,
pendiri səliqə ilə doğradı, stəkan-nəlbəkini dəsmalla sildi.
Sonra Məcid yatan otağa keçib pəncərələrin pərdəsini çəkdi.
Məcidi oyatmamaq üçün nə qədər ehmal tərpənsə də oyan-
masını istəyirdi. Ona görə də Məcid gözünü açanda sevincini
gizlədəmmədi:

– Axır ki, durdun... Xəbərin də yoxdu, bayaqdan elə ya-
ğış yağır...

Məcid bilmədi Süsən nəyə sevinir. Amma bu sevinc, bu
yağış damcısı kimi işıqlı təbəssüm ömrün bir gününün xoş
başlanğıcı idi.

– Qoy yağsın, yerinə-yurduna yağır...
Bazar günü olduğunu Rüstəm Məcidin səsini eşidəndə
bildi. Demək, Məcid bütün günü evdə olacaqdı, demək,
daha darıxmaq söhbəti yoxdu. Yataq o saat öz şirinliyini
itirdi, oyandığını bilsinlər deyə yerində qurcuxdu.
Xalası artıq başının üstünü kəsdirmişdi. Çörək qoxuyan
əllər onu götürüb qucağına aldı, əzizləyə-əzizləyə, öpə-
öpə paltarını geyindirdi, bağa apardı, qaytarıb ilıq su ilə
yuxusunu yudu. Sonra xalası dedi ki, Məcid təzə nağıl öy-
rənib, bir dənə də təzə oyun. Nağıl elə maraqlıdı, elə ma-
raqlıdı, heç belə nağıl eşitməyib, amma az yeyən uşağa da-
nışmaq olmaz. Məcid də xalası deyəni təkrar elədi, həm də
dedi ki, az yeyən uşaqla onsuz da arası yoxdu, az yeyən
uşağa yaxşı nağıl nədi, heç pis nağıl da danışmaz. Yaxma
ilə şirin çay içmişdi, indi gərək bir yumurta yeyəydi. Məcid
iki yumurta yeməli idi, kim tez yesə, o birisi stolun altına

184
   179   180   181   182   183   184   185   186   187   188   189