Page 188 - "Yolüstü söhbət"
P. 188
nduğunu hamı biləcəkdi, başa düsəcəkdi. Başa düşsələr
də, cəhənnəmə, qoy elə fikirləşsinlər ki, o, heç belə xırda-
xuruş hərəkətləri vecinə almır, belə xırda-xuruş sözləri
təhqir saymır. Vahabsa onun halını bilirdi, altdan-altdan
gülürdü, altdan-altdan qımışırdı. Acığını soyutmağa Məcid
fürsət gözləyirdi. Nə olaydı, qadınların yanında o da Vahabı
nəyə görəsə sanca biləydi, alçaldaydı, o da bir gün için-için
güləydi. Ancaq Vahab yaxasını ələ vermirdi. Bu qaçdı-tut-
dunun, bu əsəb oyununun axırı çox adi oldu, günlərin bir
günü gördüyü yuxu ilə oyun bitdi. Yuxuda gördü ki, qa-
ranlıq bir dəhlizlə qaçır, hardasa lap dibdə göy işıq yanırdı.
Üzünü həmin göy işığa tutmuşdu. Get-gedə dəhliz lap da-
ralırdı. Əl-qolu daşa-divara dəyirdi, yol isə qurtarmaq bil-
mirdi. Geriyə dönmək də olmurdu, qaranlıq onu qabağa
itələyirdi. Axır qapını açdı. İçəri də qaranlıqdı. Qaranlıqdan
küçük zingiltisinə oxşayan bir səs gəlirdi, elə bil kimsə
zarıyırdı. Əlini divarda gəzdirib düyməni tapdı. Gur işıq
ağzı üstə döşəməyə sərilmış adamı tərpətdi. Vahabı tanıyanda
bayaqdan nə qədər qorxsa da, yad yerdə tanış adam gör-
düyünə sevinəmmədi. Vahabın ağlamaqdan gözləri şiş-
mişdi, sifəti əyilmişdi, onu görüb tezcə üzünü örtdü: “İşığı
keçir, dedi, işığı keçir”. Vahabın yalvarış dolu səsi birdəncə
onu ürəkləndirdi, sakitcə: “Nə olub?” – deyə soruşdu. Va-
hab əlini yana uzatdı. Ancaq bu zaman otaqda başqa qapı
da olduğunu gördü. Qapının üstünə lüt qız şəkli vurulmuş-
du. Qız gündən yanmış bədənini qabağa verib ağappaq
dişlərini göstərirdi. Bir də soruşdu ki: axı nə olub? Soruşa-
soruşa da hiss eləyirdi ki, eşidəcəyi xoş bir sözün dalğası
indidən onu vurur. Vahab hönkürüb ağladı: “Ordadı, – de-
di, – ordadı”. Kim ordadı? “O... yanında...” Hər şeyi o də-
qiqə başa düşdü. Onu dəli bir gülmək tutdu: “Demək,

188
   183   184   185   186   187   188   189   190   191   192   193