Page 192 - "Yolüstü söhbət"
P. 192
İşıq pulunu əmanət kassası olan binada keçirirlər. Gözəl,
cavan qızlar oturub. Onun da işləməkdən xoşu gəlir. Amma
bir sənəti yoxdu. Orta məktəbi qurtaran kimi verdilər ərə.
Söhbət düşəndə Rasim cin atına minir. Deyir, nə vaxt evi
dolandırmağa gücüm çatmayacaq, onda işləyərsən. İndi
otur yeməyini bişir, otağını süpür, uşaqları böyüt, elə bil
hökumətə işləyirsən, maaşını mən verəcəm. İş elə bil təkcə
puldadı. Gedirsən, kollektivdi, təzə adamlar görürsən, ta-
nıyırsan. Onların da öz dərdi-azarı, sevinci, kiminsə sevincinə
sevinirsən, dərdinə şərik olursan, təsəlli verirsən. Yoxsa elə
bütün günü evdə. Adam camaat arasına çıxmağı da yadır-
ğayır. Bilmirsən necə geyinəsən, necə danışasan. Bir də ki,
lap pula görə işlə. Artıq pulun nə ziyanı. İndi alırsan çox,
sabah keçərsən bir yüngül işə, alarsan bir qədər az. O da
alar, yenə üst-üstə gələndə həmin puldu. Amma daha hə-
min əziyyəti çəkməzsən. Qabaqlar həmişə iş-gücünü giz-
lədirdi. Soruşanda deyirdi, avaraçılıqdı, bir az işləyib başı-
mızı girləyirik, nə bilim, naçalniklə aram yaxşıdı, işləməyəndə
də dillənmir. Danışanda deyirsən, doğrudan da, bəy işidi.
Di gəl, bir yığın pul alanda onun inanmağı gəlmirdi. Nədi,
hökumət varının başından keçməyib ha, götürüb o boyda
pulu çölə tullaya. Bir dəfə elə oldu ki, özü gedib hər şeyi
gördü. Rasim işdə yıxılıb ayağını sındırmışdı. Düz bir
aydan çox yataqdan qalxmadı. Narahat olmasınlar deyə,
evdəkilərə xəbər vermədilər. İncəvara, pul sarıdan korluq
çəkmədilər. Qəza iş vaxtı baş verdiyindən maaşını büsbütün
saxlamışdılar. Elə zavoda da pul almaq üçün o gedəsi ol-
du. İlk dəfə indi zavod görürdü. Lap başını itirmişdi. Bil-
mirdi hardan gəlsin, hara getsin. Əvvəl heç qapıdan da bu-
raxmırdılar. Çox çək-çevirdən sonra keçdi. Yay idi. Gün
adamın başını deşirdi. Asfalt od tutub yanırdı. Gözə dəyən
192