Page 196 - "Yolüstü söhbət"
P. 196
rılacağından qorxmursan. Çünki bu bağ ölüm kimi
gözəgörünməz və ölüm kimi qüvvətlidir.

Gecə məktubu bir də oxuyur. Hamı yatandan sonra.
Gecənin sakitliyində iki ürək bir-birinin səsini daha tez
eşidir. Uşaqları da yerinə salıb, stolüstü lampanı yandırır.
Stolüstü lampanın işığına tutduğu sətirlər ona arzuladığı
yaxınlığı, iki adamı heçnəsiz bir-birinə bağlayan əbədi ya-
xınlığı hiss elətdirir. Həmin beş-on dəqiqə o, hamıdan güc-
lü, hamıdan xoşbəxt olur. Həmişə eyməndiyi qaranlıq da
onun vecinə gəlmir. Ruhlar bu güclü adamla əylənmək
fikrindən vaz keçib, qorxutmaq üçün özlərinə başqa adam
gəzirlər.

Məktubu oxuya-oxuya Rasimin işini-gücünü, onsuz ke-
çən günlərini gözünün qabağına gətirir. Bilir, bu yaşda
yataqxanada yaşamaq çətindi. Paltarını yuyan, ütüləyən
yox, yeməyini bişirən yox. Uşaqlar uzaqda. Görən, xəstədimi,
gümrahdımı, bəlkə də bu saat elə orda lazımsan? Əl çatmır,
ün yetmir, istəyəndə xəbər tutasan. Nigarançılığını bir işlə
unutmağa çalışırsan. Heç nədən acığın tutur. Bilmirsən nə-
yə: dünyayamı, özünəmi, qulağının dibində vızıldayan
milçəyəmi?

Sonra həmin lampa işığında cavab məktubu yazır. Yazır
ki, hamı yaxşıdı, gümrahdı. Uşaqlar səni soruşurlar. Atan
təqaüdə çıxdığına görə darıxır, bəlkə yenə yüngül bir işə
girdi. Ananın, bilirsən, belində yel var. Soyuqdan gözləmək
lazımdı. Qoymuram əlini suya vursun. Sən narahat olma.
Mən də ki yaxşıyam. Biz sarıdan arxayın ol. Özünə fikir
ver.

Ürəyindən keçənin çoxunu yaza bilmir. Həmin sözləri
yuxuya gedə-gedə qaranlığa pıçıldayır. Gecənin sakitliyində
iki ürək bir-birinin səsini daha tez eşidir.

196
   191   192   193   194   195   196   197   198   199   200   201