Page 200 - "Yolüstü söhbət"
P. 200
K i ş i. Neyləyək, özümüzü öldürək? Bacarmırıq da.
Q o c a. Əşşi, oynamağa nə bacarıq, boş şeydi, oynamağı
hamı bilir.
Q a d ı n. İş orasıdı ki, hamı bilmir (qayğılıdı). Doğulasan,
əlli-altmış il yaşayasan, əlindən bir iş gəlməyə. Dəhşətdi.
K i ş i. Niyə, nəsə gəlir.
Q a d ı n. Bilirik nə gəlir.
K i ş i. Bilirsən, onda danışma.
Q a d ı n (Qocaya). Belədi də, adama düz söz deyirsən, in-
ciyir. Guya mən bacarıram? Mən də sənin günündəyəm.
Tək qalanda adamın bağrı çatlayır. Allah, heç olmasa, səs
verməyib, özümüz üçünsə oxuyaq. Çalıb-oxuyana paxıllığım
tutur. Xoşbəxt adamlardı.
Q o c a. Bizim dəstədə bir oxuyan qız var idi, səsi Allah
vergisiydi. Ancaq özünə hörmət eləmirdi. Ayıb olmasın,
gah onnan, gah bunnan. Əldən-ələ keçdi, hayıf oldu.
Q a d ı n. Nətəri yanı hayıf oldu?
Q o c a. Belə də, əldən-ələ keçdi.
Q a d ı n. İstədiyini eləyib. İstədiyini eləyəndə adam
hayıf olur?
Q o c a. Nə bilim, vallah...
K i ş i. Hayıf oldu-olmadı, bizə nə. Yaxşı, bəs arvadınız
sizə nə deyirdi, gündə bir yerdə, hayıf olmuşlarla çal-oyna,
qısqanmırdı?
Q o c a. Olsaydı, qısqanardı.
Q a d ı n. Bir belə yaşınız var, yəni bir dəfə də evlənmə-
yibsiniz?
Q o c a (gülür). Yox.
Q a d ı n. Niyə?
K i ş i. Dayını çətinə salma. (Soyuducudan araq çıxarır.)
Deyirəm, yolüstü bir balaca içək.

200
   195   196   197   198   199   200   201   202   203   204   205