Page 202 - "Yolüstü söhbət"
P. 202
K i ş i (kinayə ilə). İstintaq başladı.
Q o c a (duruxur). Almırdım, verirdilər.
Q a d ı n. Görürsünüz? Nə fərqi.
Q o c a. Bütün günü sükan arxasında, beş-üç köpük nə
olan şeydi?
Q a d ı n. Beş-üç, beş-üç, yığılır olur bir ətək. O da piştax-
ta arxasında durur. Bütün günü bir yerdə dayanmaq lap
zülümdü. Hamımız danışmağın qoçağıyıq, di gəl, heç kim
düz işləmir.
K i ş i. Niyə, o qədər düz işləyən var, sən görmürsən, ya
görmək istəmirsən.
Q a d ı n. Biri sənsən o düz işləyənin (qocaya.) Çünki za-
vodda işləyir, fəhlədi, düz işləməkdən savayı özgə əlacı
yoxdu.
K i ş i (acıqla). Bəs sən neyləyirsən?
Q a d ı n. Buğalterəm, belə lap daş-başım da olur. (Birdən
nəsə yadına salıb duruxur.) Özün ki bilirsən?!
Q o c a. Bir var çay pulu, bir də var adamın boğazını üz-
mək.
Q a d ı n. O, başqa məsələ. Məni yandıran odu ki, hamı
guya düzdü, hamı guya yaxşıdı. Tək işdə yox, hər yerdə.
Guya hamı peyğəmbər övladıdı, mələkdi. (Kişiyə.) Guya
sən də mələksən, dilinə heç yalan dəyməyib.
K i ş i. Hə, mələyəm, inanmırsan?
Q a d ı n. Axı elə deyil, elə deyil. (Səsini get-gedə qaldırır.)
Bax, mən özümü tanıyıram. Bilirəm ki, mən pisəm, pisəm,
pisəm! (Qolu stəkana dəyir, stəkan düşüb sınır).
K i ş i. Sakit ol. Havayı yerə stəkanı qırdın. (Gülmək istə-
yir, bacarmır.)
Q a d ı n. Qorxma, öz stəkanımızdı.
Q o c a (kişiyə). Yenə süzün içək.

202
   197   198   199   200   201   202   203   204   205   206   207