Page 197 - "Yolüstü söhbət"
P. 197
Qəzet gəlib. Qayınatası divanda oturub oxuyur. Ona
heç nə demədilər. Demək, məktub yoxdu. Uşaqlar hələ ya-
tır. Paltarını dəyişə-dəyişə fikirləşir ki, məktub gəlməsə
də, ola bilsin, telefonla danışar. Arabir telefonla danışanda
məktubu gecikdirir. İndi bütün günü qulağı telefon zəngində
olacaq. Gərək heç qəzet də gəlməyəydi. Elə gözləyəydi ki,
indi gələcək. Daha qaldı sabaha: gözləmək də, məktub da.
Qayınanası üşüyə-üşüyə bağdan gəlib, özünü sobanın
böyrünə verir. Əllərini isidə-isidə:
– Soyuqdu, – deyir, – qış elə bil dala qayıdıb.
Qayınatası sakitliyə deyilmiş sözü cavabsız qoymur:
– Soyuqdu, indi də çıxma eşiyə, sonra böyrünü tutub
yıxılacaqsan.
O da nə düşündüyünü gizlətmək üçün qocalardan geri
qalmaq istəmir. Hamının bildiyi və bu evdə heç kimə dəxli
olmayacaq bir söz deyir:
– Yaxşı ki bizlərdə külək olmur...
***
Bayırda küləkdi. Elə bil külək evin içinə də əl gəzdirib –
otaq tör-töküntüdü. Televizor işləyir, amma göstərmir,
təkcə səsi çıxır. Kənd təsərrüfatından danışırlar.
K i ş i. Bunu niyə boş yerə açıbsan?
Q a d ı n. Nə bilim dedim, bəlkə konsert oldu, səsinisə
eşidərik.
K i ş i (televizoru keçirir). Bunları bir səliqəyə sal, qocanı da
çağıraq.
Q a d ı n. Çağırma. Vallah, onu görəndə birtəhər oluram.
K i ş i. Yazıqdı. Onsuz da çıxıb gedirik. Sən də çox baş
qoşma.
197