Page 199 - "Yolüstü söhbət"
P. 199
K i ş i. Mən ancaq heç ölüm haqqında fikirləşmirəm.
Balaca olanda çox fikirləşirdim. Onda da öz ölümümü yox,
ata-anamın. Bilmirəm, nəyə görəsə qorxurdum birdən
onlara bir şey olar.
Q a d ı n. Sən Allah, ölümdən danışma.
K i ş i. Özün söhbət saldın ki... İndi fikirləşirəm, axı niyə
qorxurdum? Onlar axı o vaxt lap cavan idilər, ölüm hara,
onlar hara. İndi qocalıblar, ölüm, Allah eləməmişkən, lap
yaxında, di gəl, qorxmuram.
Q a d ı n. Daha öyrəşibsən.
K i ş i. Ola bilsin. Adam bilmədiyi şeydən qorxur. Amma
öyrəşmək də bir şey deyil. Deyirəm, adam həmişə uşaq
kimi ola, hər şeyə heyrət eləyə, hər şeyə təəccüblənə (Qoca
qapının ağzında öskürür). Gəlin, gəlin.
Q o c a. Salaməleyküm. Deyəsən, yığışırsınız?
Q a d ı n (sevincək). Hə, ay dayı, daha gedirik evimizə-
eşiyimizə: gəzdik, doyduq.
Q o c a. Düzdü. Gəzmək nə qədər yaxşı olsa, baxma, ev
adamı çəkir.
Q a d ı n. Deyəsən, ay dayı, siz də möhkəm gəzibsiniz.
Q o c a. Gəzmişəm. Lap Urusetə də gedib çıxmışam.
Q a d ı n. Urusetə deyəndə, hara?
Q o c a. Yadımdan çıxıb, balaca şəhərlərdi. Ancaq Moskva
yaxşı yadımdadı.
Q a d ı n. Moskvada da olubsunuz? Bəxtəvər!
K i ş i. Yəqin çoxdan olub.
Q o c a. Çoxdan. O vaxt yaxşı rəqs eləyirdim, dəstəynən
yığıb aparırdılar. (Qadın gülür.)
K i ş i. Nədi? Sən o vaxtı fikirləş, həmişə qoca olmayıb ha.
Q a d ı n. Ona gülmürəm. Özümüzə gülürəm. (Qocaya.)
Bizim ancaq əlimizdən heç nə gəlmir, heç nə bacarmırıq.
199