Page 194 - "Yolüstü söhbət"
P. 194
zavoda düzəlmək istədiyini Rasim deməmişdi, amma
o istəyirdi. İstəyirdi əri ilə bərabər o da həmin zavodda iş-
ləsin. Bir yerdə işə getsinlər, qayıtsınlar, sarmaşıqlı pəncərənin
altından bir yerdə keçsinlər.

Qaldı aptek, bir də bazar. Böyür-baş dükandır. Dükanların
yanından laqeyd keçə bilmir. İstəyir girsin, baxsın, bir şey
alsın. Amma ürəyi gəlmir. İndidən nə alsın? Alıb hara yığ-
sın? Yığmaq da olar, saxlamaq da olar, di gəl, nəsə ürəyinə
yatmır. Evi olanda alar. Bilər daha evi var, bax budur: bir
otaq. İki otaq, neçədirsə nə fərqi, təki alsınlar. Yəqin ki, üç
otaq verəcəklər. O vaxta qədər bir uşaq da olsa, lap dörd
otaq verərlər. Üç otaq da bəsləridi. Üç otaq. Azdan-çoxdan
cehiz gətirib. Bir dənə yaxşı mebel almaq lazımdı. Otağın
biri uşaqların, biri olar özlərinin yataq otağı, biri qonaq
otağı. Ora televizoru qoyarlar, bir dənə də yemək stolu,
hələ divan da lazımdı. Demək, olacaq həmin otaqda divan,
divar boyu şkaf, televizor, bir dənə kreslo, yanında da
jurnal stolu. Divara qızılı-sarı oboy çəkərlər. Özlərinin
yataq otağı olar yaşıl. Əgər gün vuran otaqdısa, mavi rəng
eləyərlər. Uşaqların otağını gərək lap yaxşı düzəltsinlər.
Otaq boyu palaz salsınlar. Kitab şkafı, yazı stolu qoysunlar.
Şkafın üstünə cürbəcür oyuncaqlar düzsünlər. Divarlara
şən fiqurları olan çəhrayı, ya narıncı oboy çəkərlər. Hər
yanda da gül dibçəkləri: sırğagülü, xınagülü, ətirşah. Otaqlar
işıqlı, yaraşıqlı, pəncərələr tül pərdəli. Hər gün silər,
təmizləyər. Hər gün bilər ki, Rasim yanındadı, hara getsə,
harda geciksə, yenə axşam evə gələcək, o isə çörəyini ye-
məyib gözləyəcək, gözündən yuxu tökülsə də gözləyəcək.
Gələndə qaçıb qapıda qarşılayacaq, paltosunu, pencəyini

194
   189   190   191   192   193   194   195   196   197   198   199