Page 191 - "Yolüstü söhbət"
P. 191
Bakıdan alıb yollayıb. Keçən il bu vədə o da Bakıda
idi. Neçə ildi evləniblər, yenə bir yerə yığışammırlar. Ev-
sizlik də belə şeydi. Nə qədər kirayədə qalmaq olar?! Yaxşı
ev kirayələsən, yenə dərd yarıdı. Yaxşı deyəndə, yəni kirayə
pulu bir az babat ola, ev də qaydasında. İki uşaqla bir
otaqda qalmaq çətindi, ancaq heç iki uşaqla hər ev sahibi
adamı yaxın qoymur da. Rasim zavodda xeyli var növbəyə
durub, yüzüncü, ya yüz birinci adamdı. Zavod da ki ev
tikmir. İldə on-on beş mənzil verələr-verməyələr. Tez ev
almaq üçün Rasimin açmadığı qapı qalmadı. Getdi, gəldi.
Nə xeyri. Yüz adamı qoyub yüz birinciyə ev verməyəcəklər
ha. O da yola gəlmədi. Ora yazdı, bura yazdı. Xeyri də o
oldu ki, gəlib kirayə qaldıqları evdən də çıxartdılar. Ev
yiyəsi dedi ki, uçastkovu qoymur kirayə verməyə. Rasim
də hirslənib dalaşdı. Dedi, evin də ev ola nəyə dərd, özüm
əl gəzdirməsəm, heç it də qalmazdı. Düz də deyir. Bir
balaca otağıydı, qabağında mətbəx. Divarlarını ağartmışdılar,
oboy çəkmişdilər, tavanına fanerka vurmuşdular. Qaldıqları
heç beş ay olmazdı. Məcbur olub çıxdılar. Qışda hardan ev
tapasan? Rasim lap bezmişdi, bilmirdi nə eləsin. Axır gətirib
qoydu rayona. Arada vaxt tapanda gəlib dəyir. İki-üç gün
qalır. Evdən ancaq hələ bir söz demir. O da heç soruşmur.
Soruşub qanını niyə qaraltsın? Lazım olanda özü deyər.

İşıq pulunu keçirtmək üçün gərək rayonu dörd dolanasan.
Rasimin gözündən uzaq. Təkcə şəhərə çıxmağına Rasim
razı deyil. Guya elə kefindən çıxır. Daha fikirləşmir bir,
bəs kim çıxsın? Bazara kim getsin? Lazım olanda dükana
kim dəysin? Hamısını anası eləməyəcək ha, qoca arvaddı.
Özü burda olsa, qoymaz. Anası da oğlunun xasiyyətini bil-
diyindən onu heç hara buyurmur. Ya özü gedir, ya elə Ra-
simi göndərir. Deyir, xoşun gəlmir arvadın getsin, dur
özün tərpən.

191
   186   187   188   189   190   191   192   193   194   195   196