Page 195 - "Yolüstü söhbət"
P. 195
acaq, tez-tələsik yeməyini qızdıracaq. Bir yerdə danışa-
gülə yeyəcəklər. Ürəyi o qədər rahat olacaq ki, xoşbəxtlik
öz sayalı əlilə ona qorxusuz, işıqlı yuxular göndərəcək.

Bazarda çox ləngimədi. Bayaqdan narahatdı. Elə bil
nəsə itirmişdi, nəsə istəyirdi, ancaq bilmirdi nə. Aptekdən
çıxıb poçtun yanından keçəndə nigarançılğın səbəbini bildi:
məktub gözləyirdi. Ürəyinə dammışdı ki, bu gün gələcək.
İndi bəlkə də qəzetləri paylayıblar. Məktub olduğundan
poçtalyon həmişəki kimi qəzeti pəncərənin dəmirinə
keçirməyib, içəridən kimisə çağırıb, qəzetlə bir yerdə
məktubu ona verib. Bax həmin zərfin üstünə onun adı ya-
zılıb, məktub ona çatasıdır. Evdəkilər oğullarının nə yaz-
dığını, necə dolandığını nə qədər bilmək istəsələr də,
hövsələlərini basıb onu gözləyirlər: gəlsin, açsın, oxusun,
danışsın. Di gəl, hər şeyi danışmaq olmur. Yaxşıdı, salam
söyləyir, vəssalam. Bunları deyəndə də sıxılır. Elə bil zorla
əyinlərindən paltarı çıxarıb, hələ utanmaz-utanmaz geyinib
qabaqlarında oyan-buyana gəzir. Amma sıxılsa da, oğullarına
onlardan daha yaxın olduğuna görə bir az da qürrələnir.
Sonra söz-sözü çəkir, ər-arvad nələrisə xatırlayırlar, nələrisə
saf-çürük eləyirlər, oğullarının gələcəkdə nə cür yaşayacağını,
həyatını necə quracağını fikirləşirdilər. Bu vaxt o, bir yanda
sıpıxıb qalır, söhbətə qoşulmur. Ağırtaxtalı, səbirli, öz
yerini, dünyadan nə istədiklərini bilən adamların söz-
söhbəti onu bayaq qalxdığı pillədən yavaş-yavaş endirir.
Başa düşür ki, demə, heç kimin əynindən zorla paltarını
çıxarmayıb, paltarı ona xoşluqla veriblər, gözləri dalınca
qalmayıb, istədikləri vaxt hətta əynindən çıxara da bilərlər.
Endiyi pillədən o da bu qocalar kimi heçnəsiz: məktubsuz,
sözsüz, qılıqsız iki adamı bir-birinə bağlayan yaxınlığı hiss
eləmək istəyir. Elə bağlılıq ki, həmişə üstündə əsmirsən,

195
   190   191   192   193   194   195   196   197   198   199   200