Page 193 - "Yolüstü söhbət"
P. 193
aq metaldı. Hər yana yığmışdılar. Əlini vurmasan da,
bilirdin ki, onlar da alışıb-yanır. İçəridən dəmir yolu keçirdi.
Elektrovoz metal yüklənmiş vaqonları istidən təntiyə-
təntiyə çəkib aparırdı. Başının üstündə trubalar uğuldayırdı.
Trubalar nəyinsə ağırlığından titrəyirdi, deyirsən, bu saat
qopub başına düşəcək. Göydən toz yağırdı. Metal tozuydu.
Günün işığında parıldayırdı. Havadan pis bir qoxu gəlirdi.
Yəqin elə metal qoxuyurdu. Bilmirdi burnunu tutsun, yoxsa
ağzını yumsun. Toz dişinə yapışıb xırçıldayırdı. İşçilər
ayaqlarına dəmir uclu ayaqqabı, əyinlərinə göy rəngli dəst
paltar geyinmişdilər, başlarına qırmızı dəbilqələr qoymuş-
dular. Ona qəribə gələn o idi ki, rastlaşdığı adamların heç
birinin üzündən yayın istisində geyindikləri paltarların
ağırlığı, narahatlığı oxunmurdu. Hirsdən, gərginlikdən,
əzabdan əsər-əlamət yox idi. Gündən, tozdan, səs-küydən
heç kim qaçıb qurtarmağa çalışmırdı. Çox rahat, çox arxayın
danışa-danışa, gülə-gülə, nəyisə bir-birilərinə başa sala-
sala keçib gedirdilər. Elə bil gəzməyə çıxmışdılar. Sonra
evə qaçıb gördüklərini tələsə-tələsə, heyrətlə Rasimə danı-
şanda o gülmüşdü. Bəs sən nə bilirdin, demişdi, elə zavod
bu cür olur da. Yoxsa elə fikirləşirdin, gedib görəcəksən
hamı qalstukda gəzir, hər yana da gül dibçəyi düzülüb?
Rasimin gülməyi də onun heyrətini azaltmamışdı. Ərinin
aldığı pulların havayı yerə çölə atılmadığına bir daha inan-
mışdı. Ancaq sonralar, Rasimin danışdıqlarından bilmişdi
ki, bütün zavodlar gördüyü kimi deyilmiş, başqa cür za-
vodlar da var imiş: təmiz, yaraşıqlı, pəncərələri sarmaşıqlı,
sexlərdə akvariumlar, yüz cürə balıq, orda, doğrudan da,
kefi istəyən lap qalstukla gəzir, döşəməyə linolium çəkilib,
hətta ayaqqabılarını çıxarıb çəkələk geyinirsən. Yaşıllıq o
qədərdi ki, elə bil çöldə, təmiz havadasan. Nə vaxtsa belə

193
   188   189   190   191   192   193   194   195   196   197   198