Page 198 - "Yolüstü söhbət"
P. 198
Q a d ı n. Mən neynirəm axı?
K i ş i. Hər sözünün başına ip salırsan. Nə deyir, qoy
desin, fikir vermə. Yeməyə nəyin var?
Q a d ı n. Kolbasadı, pendirdi, konserva da var.
K i ş i. Bəs toyuq? Dünəndən durur ki, bişirsən.
Q a d ı n. Yox, sən Allah, üz vurma, heç həvəsim yoxdu
mətbəxə girəm.
K i ş i. Yaxşı, yaxşı, gedim onda çağırım. (Gedir).

Qadın tənbəl-tənbəl yır-yığış eləyir, sonra soyuducudan kolbasa
çıxarıb doğrayır, boşqabları düzür. Kişi qayıdır.

K i ş i. Yatırdı.
Q a d ı n. Oyatdın?
K i ş i. Hə.
Q a d ı n. Yaxşı eləyibsən, doğrudan, yazıqdı. Adam fi-
kirləşəndə birtəhər olur: qoca vaxtı tək qalasan damın
altında.
K i ş i. Üstünü də örtməmişdi. Yəqin uzandığı yerdə
mürgüləyib.
Q a d ı n (fikirli-fikirli). Biz də havaxtsa qocalacağıq...
K i ş i. Heç inanmağın gəlmir, hə?
Q a d ı n. Gəlir. Ancaq bir vaxt gəlmirdi. İnana bilmirdim.
Öləcəyimə də inana bilmirdim. Fikirləşirdim lap özümü
ataram maşının altına, heç nə olmaz.
K i ş i (gülür). Yəni heç atmaq istəyibsən ki?
Q a d ı n. Dəli deyiləm ha. Sözdü deyirəm. Nəsə ağlıma
sığışmırdı, bax, bu saat nəfəs alıram, danışıram, gülürəm,
bir dəqiqədən sonra hər şey qurtarır. İndi ancaq lap ağrını
hiss eləyirəm, necə yıxılıram, necə maşın üstümdən keçir,
qanım nətəri axır, hamısını.

198
   193   194   195   196   197   198   199   200   201   202   203