Page 201 - "Yolüstü söhbət"
P. 201
Q o c a. Mənə olmaz, həkim qoymur.
Q a d ı n. Eh, həkimə nə var, onlara qalsa, adam gərək
indidən ayaqlarını uzada.
Q o c a. Yox, özüm də bilirəm, içəndə ziyan eləyir. Bekara
şişib. (Qarnını göstərir).
Q a d ı n. Sən Allah, göstərmə.
K i ş i. Niyə xəstəxanada yatmırsınız?
Q o c a. On beş gün olar çıxmışam. Dərman yazıblar.
Q a d ı n. Tək adama xəstəxanada yatmaq çətindi. Gələni
yox, gedəni yox.
Q o c a. Tək niyə? O qədər dost var, qohum var. İndi bi-
lirlər qonağım gəlib, ona görə görünmürlər... Özüm bezib
çıxdım.
K i ş i (özünə araq süzür). Yaxşı, istəmirsiz, içməyin, mən
əvəzinizə də içərəm.
Q o c a. Süz əşi, cəhənnəmə ki, bir də nə vaxt siznən
oturacağıq, Allah bilir.
Q a d ı n. Dayımın ürəyi istəyir, ancaq bizə minnət
qoyur.
K i ş i (badəni götürür). İçək...
Q o c a. Sizin sağlığınıza, yaxşı yol. (İçirlər.) Əla araqdı.
K i ş i. Xaricə gedənlərdəndi.
Q o c a. Deyirəm axı... İki tin o yanda dükan var ha, bax
orda bundan olur, əlaltdan satırlar, insafsızlar çox alır.
Q a d ı n. Niyə insafsız olur? Xoşun gəlmir, pulun yoxdu,
alma. Zorla tutub soymurlar ki?!
K i ş i. Qızışma.
Q a d ı n. Yox, düz deyirəm ki, hamı elə dolanır, hərə bir
yerdən qazanır. (Qocaya). Siz guya qazanmırdınız?
Q o c a. Mən sürücü baba olmuşam.
Q a d ı n. Nə olsun, heç artıq almırdınız?
201