Page 205 - "Yolüstü söhbət"
P. 205
Q o c a. İndi kişilər yalvarır.
Q a d ı n. Siz də yalvarıbsız?
Q o c a. Çox.
Q a d ı n. Yəqin o qədər gəzibsiz, vaxtınız olmayıb evlən-
məyə. (Kişiyə.) Dayım qadınları çox sevirmiş, onunçün elə
zəhləsi gedib onlardan. Çünki axtarıb, axtarıb, yaxşısını
tapmayıb. (Qocaya.) Hayıf, o vaxt mən olmamışam, sizə ərə
gedərdim.
K i ş i (stolun altından qadının ayağını basır). Hardan bilirsən,
bəlkə heç xoşuna gəlməyəcəkdin?
Q a d ı n. Gələrdim, mən bilirəm nə eləyərdim.
K i ş i. Deyirəm, bəlkə içək?
Q a d ı n (gözü qocadadır). Belə adamlardan xoşum gəlir.
Gəzir, dolanır, kef eləyir, lap yaxşısını axtarır. Ancaq heç
fikirləşmir, görən, özü yaxşıdımı?
K i ş i. Bəsdi.
Q a d ı n. (nazla gözlərini süzdürə-süzdürə). Yəni mən xoşunuza
gəlməzdim? Düz deyin, xoşunuza gəlməzdim?
K i ş i (hirslə qışqırır). Qurtar, oyun çıxarma!
Q a d ı n (zorla gülümsəyir). Nə olub? Dayım məndən inci-
məz. (Qocaya.) İnciyirsiz məndən?
Q o c a . Yox. Tanımadığım adamdan mən incimirəm.
Q a d ı n (səmimi). Onda niyə dillənmirsiz? Məni alardınız?
Alardınız?
Q o c a (uzun-uzadı baxır). Alardım.
Q a d ı n (kişiyə). Gördün, gördün? Alardı, alardı, alardı.
(Birdəncə ağlayır.)
K i ş i (ayağa durur, qanı qaradır). Getmək vaxtıdı. Qatarın
tərpənməyinə bir saat qalıb.
Dururlar. Heç kim bir-birinə baxmır. Qadın əl-üzünü yuyub qayıdır.
Geyinirlər.
205