Page 208 - "Yolüstü söhbət"
P. 208
Uzananda üstünə atdığı kürkü götürüb çiyninə saldı.
Fikrində çəkələklərini geyindi, ayaqlarını sürüyə-sürüyə
səliqəylə yığılı, axırıncı dəfə nə vaxt yatmaq üçün açıldığını
unutduğu və yəqin ki, heç vaxt da yatılmayacaq, qəbrə ox-
şayan çarpayılara sarı həmişəki kimi baxmamağa çalışaraq
orta otaqdan adlayıb, uzun dəhlizin axırına, qapını örtməyə
getdi. Qardaşı ilə göz-gözə gəlməməkdən ötrü dəhlizin
qurtaracağındakı otağın yanından da səssizcə, otaq tərəfə
boylanmadan keçdi. Sonra qapını örtüb, mətbəxdə çaydanı
qızmağa qoydu, ona da heyifsiləndi ki, daha çayı mətbəxdə
içə bilmir, gərək bir stəkan çaya görə bu qədər uzun yolu
nəlbəkini əlində əsdirə-əsdirə öz otağına apara, çünki çayı
mətbəxdə içsə, narahat olacaqdı, hər dəqiqə fikirləşəcəkdi
ki, indi qardaşı gələ bilər, ya ona görə mətbəxə gələ bilmir,
onun getməyini gözləyir; gözlətməksə istəmirdi, deyirdi,
birdən yenə səbri çatmayıb gələr, lap elə qəsdən gələr, iş
görürmüş kimi yalandan böyür-başında fırlanar, qurdalanar,
nədi-nədi öz dinməzliyi ilə onu saymadığını göstərsin. Elə
nə fikirləşdiyini bildiyinə görə əsəbiləşirdi, adamın bu cür
özündən bədgüman olmağı, heç kimi bəyənməməyi onu
yandırıb yaxırdı. Otuz il gedib haralardasa küllənmişdi,
vecinə almamışdı kimin başına nə gəldi, kim öldü, kim
qaldı, indi peyda olub ki, guya onlar təqsirkardı bunun
evdən didərgin düşməyində. Axı kimiydi deyən başını
götürüb get, bu yaşa qədər bambılı kimi gəz, ailə qurma,
bir yerə kül salıb oturma? Kimin nə günahı?! Hərdən
şlyapasını başına keçirib seyrə çıxır, tanış-bilişə dəyir, orda
da, yəqin, ağzını boş qoyub artıq-əskik danışır, gileylənir,
onların ucbatından evsiz-eşiksiz qaldığını necəsə çatdırır.
208