Page 211 - "Yolüstü söhbət"
P. 211
tündən otuz il keçəndən sonra bunu bilməyin heç bir
xeyri yoxdu, olan olmuşdu, keçən keçmişdi; başa
düşdüyündən bir xeyri olması üçün o, gərək otuz il əvvələ
qayıdardı, o vaxta ki, hələ Lüdmilanın, o uşağın yoxluğuna
evdəkilər öyrəşməmişdi, o uşağı əzizləyəndə dedikləri
hansı sözlərisə yadırğamamışdılar, hələ atası sağ idi, kiçik
oğlunun haradasa yaşadığını bilə-bilə, ömrü boyu üzünü
görməycəyindən, xiffətini çəkəcəyindən xəbərsizdi – onda,
bəlkə də başa düşdüyünün bir xeyri olardı, nəsə eləyərdi,
daha bu küsülülüyü ötəri şıltaqlıq bilməzdi. İndi ancaq
ürəyinicə sakitləşdirmək istəyirdi, elə bil bu vaxta qədər
gur işıq salmışdılar üstünə, nə elədiyini, nə dediyini, nə
düşündüyünü bilmişdilər, bilib halına gülmüşdülər,
ağlamışdılar, o isə gözünü qırpa-qırpa qalmışdı, bu adamları
görəmməmişdi, gördüyü qaraltılarca olmuşdu, bu qaraltı-
lardan da özü üçün adamlar düzəltmişdi, ad qoymuşdu,
haqlarında əhvalatlar uydurmuşdu; indi o istəyirdi, işığı
bu qaraltılara tərəf çevirsin, onların əslində necə olduğunu
görsün, tanısın, onu da bilsin ki, gur işıqda döyükə-döyükə
qalanda halı necəymiş, necə görünürmüş, bu adamlar onun
haqqında nə düşünə bilərlərmiş. Di gəl, öz gözü ilə heç nə
görmədiyindən eşitdikləri də hiss elədiklərinə, özündən
düzüb-qoşduğuna qarışmışdı və illər keçdikcə nəyin düz,
nəyin qondarma olduğunu ayırd eləyəmmirdi, elə bil nə
vaxtsa gördüyü yuxu qəfilcə yadına düşür, anşırammırsan
ancaq yuxuda olub bu, yoxsa həqiqətdə. Bir də o pis idi ki,
hər şeyin necə qurtardığını bilirdi, bu da olub-keçəni olduğu
təki duymağa qoymurdu, baxışları, sözləri, ən gülməli
hadisəni də ölmüş adam haqqındakı xatirələr kimi qüssəli

211
   206   207   208   209   210   211   212   213   214   215   216