Page 214 - "Yolüstü söhbət"
P. 214
əyini boğmasın. Yoxsa istədin-istəmədin, gündə bir
qanqaraçılıq olacaqdı, dul arvaddan sözmü əskikdi: belə
durmadın, elə durdun, belə baxmadın, elə baxdın, belə
oturmadın, elə oturdun – deyəcəkdilər də ürəkləri ağrıya-
caqdı, deməyəcəkdilər də. O da, yəqin, bunu başa düşüb,
söz-söhbətsiz barxanasını yığışdırıb, elə söz-söhbətsiz
yığışdırıb ki, arada xətir-hörmət yenə qalıb, sonra da tamam
Düzyurddan gedənə qədər ayağını onlardan kəsməyib.
Ancaq, axı nə bilmək olardı, bəlkə Lüdmila heç indən belə
ərə getməyəcəkmiş, gözü orda-burda qalmayacaqmış, bəlkə
Lüdmilaya onların qayğısından, məhəbbətindən savayı heç
nə lazım deyilmiş, elə qayğıya, məhəbbətə isinə-isinə oturub
balasını böyüdəcəkmiş? Bunların hamısı inanılasıydı, düz
fikirləşirdi, düz başa düşürdü: elə olsaydı, belə olmalıydı,
belə olsaydı, elə olmalıydı, “elə-belə”liyinə görə də hər şey
yalandı. Həqiqət o idi ki, müharibədən qayıdıb görmüşdü,
evdə hamı suçlu kimi gəzib-dolanır, qardaşı atası ilə küsü
saxlayır, görmüşdü Vəlidən naftalinlənib sandığa qoyulmuş
paltarlar qalıb, atasının fikirdən, dərddən beli əyilib –
bilməmişdi Vəlinin ölümünə yansın, atasına ürək-dirək
versin, ya ərköyünlüyünə görə qardaşına hirslənsin. Qardaşı
dağar-dağar gəzəndə lap əsəbiləşirdi. Bunu da gizlətmədi.
Fikirləşdi, qırımını görüb özünə yığılar, uşaqlıq elədiyini
qanar. İntəhası, qırımını görüb, başladı ondan da gen gəz-
məyə, soyuq görüşməyə. Yəqin, özünü qəhrəman hiss
eləyirmiş, gözləyirmiş ki, hamı bunun kürəyinə şappıldada-
caq, deyəcək, igidsən. Ancaq, doğrudan da, igiddi. Otuz il-
dən sonra peyda olub, camaat bunun görüşünə gəlir, xoş-
gəldin eləyir – necə üz göstərdisə, yavaş-yavaş ayaqlarını

214
   209   210   211   212   213   214   215   216   217   218   219