Page 216 - "Yolüstü söhbət"
P. 216
inib titrədə-titrədə bu soyuqda ayaqyoluna get. Beş-altı
ay əvvəlki həyatı indi ona xoşbəxtlik kimi göründü. Özü
öz kefinin ağasıydı, fikirləşmirdi əynindəki köhnədimi,
təzədimi, günorta ətmi yeyəcək, ya pendir-çörəkmi, elə
olurdu darvazanı bağlayıb bütün günü evdən eşiyə çıxmırdı,
heç həyətə də düşmürdü; televizora baxırdı, yeyirdi, yatırdı,
ya elə-eləcə yerinin içində uzanırdı, ərindiyindən bəzən
ayaqyoluna da getmirdi, mətbəxdəki aroy vedrəsinə siyirdi.
İndi ancaq rahatlığı bir yana, hələ gərək vaxtlı-vaxtında
üzünü qırxa, paltarını dəyişə, çalışa soyuducudan ət-yağını
kəsməyə, qoy, qardaşı görsün ki, o, necə lazımsa, elə də
yaşayır. Yoxsa altdan-altdan sevinər, deyər, tək qalıb, başını
itirib. Görən, qardaşı niyə belə qəddardı? Bəlkə ana görməyib,
ona görədi? Nə olsun ki, heç vaxt xətrinə dəyməmişdilər,
hər nazı ilə oynamışdılar – ana başqa şeydi. Özü də elə bil
necəsə bu yoxluğu hiss eləmişdi. Hələ lap balaca olanda,
yaxşı yadında idi, bir dəfə onu heç cür kiridə bilmirdilər.
Beşiyinin başında yüz oyundan çıxırdılar, biri muşqururdu,
biri oyuncaq göstərirdi, o isə ovunmurdu, zülüm-zülüm
ağlayırdı, onların üzünə də düzəməlli baxmırdı, elə bil
başqa adamı axtarırdı, başqa səsi eşitmək istəyirdi. Onda
atası üstünə qışqırandan sonra kiridi. Kəs, dedi, kəs, qurtar,
boğaram yoxsa. Kiriyib key-key üzlərinə baxanda da hamısı
kövrəlmişdi. Çox istəyirdilər. Bəlkə də yazıqları gəldiyi
üçün çox istəyirdilər. Ancaq ana başqa şeydi, başqa şeydi.
Qurban olum, ay ana, hardasan, ay ana, hardasan?
Təzə çay dəmləməyə həvəsi yoxdu. Olmadığına görə
də acıqla çaynikə çay atıb dəmə qoydu. Dəmlənənə qədər,
216