Page 218 - "Yolüstü söhbət"
P. 218
ü dönməz, ətəyini buraxmaz, bir az sonra yenə üstünə
qaçacaq, sənin qucağında kiriyəcək. İndi ancaq qızlarından
çəkinir, gəlib yoluxanda, pal-paltarını yuyanda yüz yol
“sağ ol” deyir, yerli-yersiz üzlərinə gülümsəyir ki, onları
özündən bezdirməsin, qırpım-qırpım üzüləsi bağları birdən
qırmasın. Onsuz da necə uzaqlaşdıqlarını görürdü, bu da
onu təəccübləndirmirdi, bilirdi ki, belə də olmalıdı, Allah
rəhmlidi: övlad ata-anadan uzaqlaşmalıdı, elə uzaqlaşmalıdı
ki, onları nə vaxtsa itirəcəkləri fikrinə öyrəşə bilsinlər,
itirəndə də ağrı az olsun.

Telefon yavaş-yavaş cingildədi – qardaşı o yanda nömrə
yığırdı. Görəsən, kimə zəng vururdu? Marağını, onunla
bir yerdə közərən qibtə hissini ürəyində boğdu, özünü
sakitləşdirdi ki, həmişəki kimi aldanır, naməlumluq, uzaqlıq
onu aldadır, guya başqasının həyatı daha maraqlıdı, daha
mənalıdı, guya bircə o dayanıb, dünyasa işığını, kölgəsini
onun üstünə salmadan kimlərinsə başına fırlanır. Beləcə
kənardan başqalarına ürək ağrısı ilə baxdığı çox olmuşdu,
həmin həyatı arzulamışdı, istəmişdi yaxınlaşsın, həmin
həyatın oduna o da sığınsın, ancaq həmişə də qorxmuşdu
ki, orda artıq görünər. Bacısı Vitebskə, Vəlinin oğlunun
toyuna gedəndə, onu da həvəsləndirdi: gedək, gedək –
getmədi, iyirmi-iyirmi beş ildə həyatı üçün heç nə eləmədiyi
adamın toyuna getməyə, birdən-birə peyda olub, “mən də
sənin əminəm” deməyə üzü gəlmədi. Getsəydi, Lüdmilanın,
balaca Vəlinin necə sevinəcəyini fikrinə gətirdi, getmədiyinə
sonra da peşman oldu, günləri saya-saya da bacısını gözlədi
ki, toyda onun yeri göründüyünü, onu andıqlarını eşitsin.

218
   213   214   215   216   217   218   219   220   221   222   223