Page 219 - "Yolüstü söhbət"
P. 219
əlövhlüyə bax! Bacısı getdi, qayıtdı, toydan, Lüdmilanın
yaxşı güzaranından, toyda qardaşı ilə də görüşdüyündən
ağızdolusu, sevinclə danışdı, xəbəri də yoxdu ki, o, içini
yeyir, öz axmaqlığına gülür. Çünki əvvəllər Lüdmilanın,
qardaşının həyatını asanca təsəvvürünə gətirirdi, təsəvvürünə
gətirib hallarına acıyırdı, elə bilirdi onlar üçün dünyada
hər şey itirilib, oturub-durub keçmiş günləricə xatırlayırlar,
onları yaşadan, çəkib aparan da həmin günlərin sevincidi.
Demə, belə fikirləşməklə, hallarına acımaqla təsəlli tapırmış,
öz dərd-sərilə təkbətək qalmamaq üçün başını qatırmış.
Qardaşının qayıdacağından əlini üzdüyündən, gündən-
günə hələ lap xeyirxah olurdu, qardaşına lap yazığı gəlirdi,
hətta qayıtmağını arzulayırdı, qayıtmayacağına inandığına
görə arzulayırdı; atasının dəfninə də gəlməyən adam, sonra
nə üzlə qayıdacaqdı ki?! Gecə-gündüz əzab çəkəcəkdi,
özünü söyəcəkdi, yamanlayacaqdı, ancaq qayıda bilməyə-
cəkdi. Belə fikirləşdiyindən, demə, ürəyiyumşaq olubmuş.
Nə bilsin ki, qardaşı düşündüyündən də möhkəm adamıy-
mış. Ancaq qəribə idi ki, atası onu hamıdan çox istəyirdi.
Bunu hiss eliyəndə, hər dəfə atası söhbəti hərləyib-fırlayıb
qardaşının üstünə gətirəndə əsəbiləşirdi. Gəl əsəbiləşmə də:
itilib gedəsən, illərlə özündən bir səs-soraq verməyəsən,
kimin başına nə gəldiyi vecinə olmaya, yenə səni hamıdan
çox istəyələr. O, ancaq pis-yaxşı oğulluqsa elədi, bacardığını
əsirgəmədi, dalına alıb gəzdirməsə də, dallarına da minmədi.
Ölənə yaxın üç ay xəstə yatdı, ayaqyoluna da gedəmmirdi,
altını batırırdı. Gördü hamısı iyrənir, söylənir – qoymadı,
heç kimi yaxın qoymadı, özü baxdı, özü altını təmizlədi, özü

219
   214   215   216   217   218   219   220   221   222   223   224