Page 223 - "Yolüstü söhbət"
P. 223
yə görəsə atalarının gözünün içinə baxmağa utanırdılar.
Onun yaddaşında bir ayrı oğlan da varıydı. Bu oğlan üçün
dünyada xurmayı saçlı, qaragözlü, tutaş kirpikli qızdan
başqa heç kim yoxuydu, elə bil doğulmuşdu ki, gecə-
gündüz o qızı düşünsün, özündən olmazın əhvalatlar
quraşdırsın, o qızdan ötrü qəhrəmanlıqlar eləsin, yaralansın,
ölsün, ölsün ki, qız onun üstündə ağlasın, xiffətini çəksin.
Ancaq elə ki, qızı görürdü, baxışları rastlaşırdı – əsməcəyə
düşürdü, qız yaxınlaşıb bir söz deyəndə, bir söz soruşanda
dili-dodağı təpiyirdi, başını yerdən qaldırammırdı. O
oğlanın nələr çəkdiyindən heç kimin xəbəri olmadı, bəlkə
heç qızın da xəbəri olmadı, beləcə, heç nə ummadan, heç
nədən şikayətlənmədən öz hisslərinin içində yaşadı, günlərin
bir günü də həmin hissləri həmişəlik özü ilə aparıb yoxa
çıxdı. Orduya çağırış vərəqi alan daha başqa adamıydı,
müharibədən qayıdan da. Müharibədən tez-tez məktublar
yazırdı, hamının bayramını, ad gününü vaxtlı-vaxtında
təbrik eləyirdi, ancaq elə ki qayıdıb gəldi, bu vərdişlərini o
saat yadırğadı, bəzən öz ad gününü də yaddan çıxartdı;
demə, adam nə qədər çətinə düşürmüşsə, o qədər istəyirmiş
insan olduğunu hiss eləsin, hamını, elə özünü də buna
inandırsın, inandırsın ki, o öz canının hayına qalmayıb,
hər şey yadındadı, hətta od-alovun içində bayramları, ad
günlərini belə unutmur.

Müharibədən qayıdandasa buna inanmaq, kimisə inan-
dirmaq ona lazım olmadı, onsuz da hamının gözü qabağın-
daydı, görürdülər ki, hamıtək yaşayır, azad-arxayın gəzib
dolanır, yeyib-içir. Gələn kimi də Düzyurdda açılmış ikiillik
müəllimlər institutuna girdi, pis-yaxşı oxudu, diplom aldı,

223
   218   219   220   221   222   223   224   225   226   227   228