Page 225 - "Yolüstü söhbət"
P. 225
zə, hər təbəssümə sevinə bilirlər, bu da ona rahatlıq
gətirirdi, elə bil əlləşib-vuruşub, axır ki, çoxdan arzuladığın
evin xımını qoyursan, daha inanırsan ki, çətini başlamağıydı,
kərpic-kərpic də olsa, bu evi tikib qurtaracaqsan. Həmin
adam üçün Lüdmila da, o uşaq da nağıl deyildi, balaca
Vəlinin şəkli iki qızının şəkli ilə yanaşı bir ailənin uşağı
kimi divardan onlara baxıb gülümsəyirdi, arada nə vaxtsa
qanqaraçılıq olmamışdı: Lüdmila öz yerlərinəcə qayıtmaq
istəmişdi və qayıtmışdı, qardaşı da gec-tez atasını danış-
dıracaqdı, bu, xırda iş idi, heç bu uşaq ərköyünlüyünə baş
qoşmağa da dəyməzdi. Vəlidən bir soraq bilmək fikri də
ona dinclik vermirdi, ümidi gəldiyi yerlərə məktub da
yazırdı, deyirdi bəlkə qəbrinisə də tapdı, hələ pul yığıb
balaca qardaşı ilə balaca Vəlini, Lüdmilanı görmək üçün
Vitebskə gedəcəkdi, qoy o uşaq əmilərini tanısın, ürəkli
böyüsün – hələlik bu arzunu qardaşından gizlədirdi,
istəyirdi qəfil deyib sevindirsin... Həmin adamın daha
nələr istədiyi, nələr arzuladığı onun yadında deyil, həmin
adam özündən sonra onun üçün bircə ağrı qoyub gedib –
yəqin ağrısız yaşanan illərcə ağrı ilə xatırlanır, yəqin, ağrı
həmişə olmalıdı: ya həmin günləri yaşayanda, ya da
xatırlayanda. Bir də həmin adamı xatırlayanda həmişə
heyifsilənir: axı, o, həmişə o cür ola bilərdi, dünyanı, adam-
ları o cür görə bilərdi, qorxusuz-hürküsüz, xoşbəxtliyinin
üstündə əsmədən, xoşbəxtliyini heç kimə qısqanmadan,
heç nəyə qızırğalanmadan yaşaya bilərdi. Hər şey birdəncə
dağıldı, yoxa çıxdı. Fikirləşirsən adi gündü, işdən çıxıb
evinə gedirsən, görəcəksən arvad-uşaq səni gözləyir, sən
də bir qısmat çörəyini yeyib, uşaqlarını başına yığacaqsan,
deyib-güləcəksən. Gəlirsən ki, arvadından başqa hamı
225