Page 230 - "Yolüstü söhbət"
P. 230
ın. Həyətin açıq qapısından “Təcili yardım” görünürdü.
Ürəyinə damdı ki, qardaşı bayaq bunlara zəng vururmuş,
ona görə oğlan xəstəni soruşanda, qardaşının otağını
göstərdi, onları içəri ötürüb, ayaqqabılı keçdiklərinə görə
deyinə-deyinə öz otağına çəkildi. Ancaq otağında çox bənd
alammadı, qayıdıb astanada dayandı ki, görsün nə olub.
Qardaşı zorla, hıqqana-hıqqana danışırdı, sol böyründəki
sancılardan şikayətlənirdi, deyirdi, iki gündü ağrıdan
qovrulur. Bu, qoca adamın səsi idi. O, elə bil qardaşının
qocaldığını indicə başa düşdü. Və narahatçılıq hiss elədi.
Bu narahatçılıqda adamı şirnikdirən, çəkən nəsə vardı.
Ancaq hələlik nəfəsini boğdu, istədi narahatçılıqla bir az
oynasın, ona görə özünü bilməzliyə vurdu, bu narahatçılığın
səbəbini tapmağı sonraya, rahat bir vaxta saxladı. Qardaşını
xəstəxanaya aparacaqlarını eşidəndə də elə həmin
narahatçılığın boş yerə olmadığına inanmaq üçün geyinib
tələsik maşına oturdu. Maşında, qardaşının yuxulu, əzgin,
onun getdiyinə görə də, yəqin, lap turşumuş sifətinə
baxanda, ürəyinə damanı artıq özündən gizlətmədi: qardaşı
öləcək. Qardaşının bundan xəbərsiz sakitcə çölə baxması
onu ağrıtdı. O da çölə baxdı. İndi gözü gördüyü hər şey
onun yadında qalacaq, hər şey; qadının nazik dodaqları,
sürücünün tüklü barmaqları, maşının qabağından qaçan
sarı pişik, həkimin təmiz qırxılmış göyçək sifəti, qarda-
şının təzə paltosu, şərf bağlamadığından paltonun altından
görünən göy, nimdaş pencəyi, boğazına kimi düymələnmiş
ağ düyməli qəhvəyi köynəyi, bir də soyuq, fevralın soyuğu
– hər şey yadında qalacaq, qardaşını xəstəxanaya apardıq-
larını xatırlayanda gözünün qabağına gələcək, hər şeyi də
yenə ağrı ilə xatırlayacaq, qardaşı ilə son dəfə bir maşında
getdiklərinə görə, son dəfə belə üzbəsurət oturduqlarına

230
   225   226   227   228   229   230   231   232   233   234   235