Page 229 - "Yolüstü söhbət"
P. 229
ıq nələrsə eləyəydi, ya eləməyə hazır olaydı. Dinməzcə
durmağı üstün tutdu, durduğu yerdə özünü işə salmaq
istəmədi. Onsuz da üz-üzə, göz-gözə gəlməyəcəkdi, utanıb
qızarmayacaqdı. İndi acığı tutur qızlarının anaları ilə
görüşməyinə, süfrələrinin başında oturtmaqlarına, amma
haçansa özü şərait yaradırdı. Bilirdi yolda-izdə görüşürlər,
günü uzadılmış adınnan evdən çıxıb, analarının yanına
qaçırlar, üstəlik analığı, bacısı da onu danlayırdı, deyirdilər,
öyrəşdirmə, üstlərinə təpin, “qoy o ləçərin ürəyi qovrulsun,
cızdağı çıxsın, ondanmı ötrü uşaq böyüdübsən?!” – qulaqar-
dına vururdu, yeri düşəndə də ürəkləndirirdi, adınnan
deməsə də, analar haqqında dastanlar quraşdırırdı. Axırdan-
axıra aranı da açdı, hərdən qızlarını söhbətə tutub, analarının
necə yaşadığı ilə, nə danışdığı, nə soruşduğu ilə maraqlandı.
Etinasız-etinasız suallar verirdi, guya eşitdiklərinin ona
dəxli yoxdu, amma qulağı darı dəlirdi, analarının qanıqara
olduğunu, nəyəsə deyindiyini, şikayətləndiyini eşidəndə
çiçəyi çırtlayırdı. İlahi, hələ heç kimin ağlına gəlməz ki, o,
indiyə qədər nə edibsə, həmişə arvadını düşünüb, hər
hərəkətini “o ləçərin” gözü ilə ölçüb. Görən, arvadı nə de-
yər? Görən, arvadı nə fikirləşər? Görən, arvadının xoşuna
gələrmi? Təkcə ona çalışıb ki, gördüyü iş arvadının xoşuna
gəlsin, arvadı onu tanısın, təzədən tanısın, yaxşı adam
kimi tanısın və günlərin bir günü o, hiss eləsin ki, arvadı
peşman olub... Deyəsən, axı o, doğrudan da, vecsiz adamdı?
Pəncərənin şüşəsini tıqqıldatdılar: “ay ev yiyəsi!” Kimdisə,
yad adamdı. Durmağa ərindi, bir də tıqqıldadana kimi
gözlədi ki, bəlkə qapıya qardaşı çıxdı. Sonra kimin ola
biləcəyini fikrində dolandıra-dolandıra durub dəhlizə getdi.
Ağ xələtdə bir cavan oğlandı, bir də ortayaşlı, balacaboy
229