Page 232 - "Yolüstü söhbət"
P. 232
ribə gəlmir. Qəribə odur ki, elə bil bütün ömrünü ölümün
qəribə olmadığına inanmaq üçün yaşayıb.
“Təcili yardım” xəstəxananın yanında dayandı, qar-
daşından tez düşdü ki, maşının qapısını tutsun. Özünə elə
bil kənardan baxırdı; küləkdən, soyuqdan büzüşüb durmağı,
kədərli görünüşü, qardaşından ötrü nəsə etməyə çalışmağı
kənardan baxan bu adamı kövrəltdi. “Mən yaxşı adamam,
– deyə fikirləşdi, – mən yaxşı adamam”.
Girdikləri balaca otaqdan bir qapı da başqa otağa açılırdı.
Həkim oğlan həmin qapını açıb, qardaşını da çağırdı. O
kəsdirəmmədi – qardaşının arxasınca otağa keçsin, ya keç-
məsin? Qapı örtüləndə başa düşdü ki, burda dayanmağı
nahaqdı, indi qardaşını palataya aparacaqlar, heç kim də
onu arayıb-axtarmayacaq. Sakitcə oturub nəsə gözləyən
adamlara baxdı, bu adamların sifətindəki qayğı ona tanışdı
– ona görə də darıxdı, bayıra çıxıb hara gedəcəyini,
neyləyəcəyini fikirləşdi, burda onluq daha bir iş olmadığını
öz-özünə təkrar elədi. Ancaq binadan aralana bilmirdi.
Qardaşı öləcək. O isə qardaşını tək-tənha qoyub evə get-
məlidi, rahatca oturub çay içməlidi. Gör hər şey necə qur-
tardı. Bir vaxt atası Bakıdan Düzyurda köçmüşdü ki, qaç-
haqaçda Göyçədən tökülüşüb gəlmiş qohum-əqrəbasını
bir yerə yığsın, onlara həyan olsun, ancaq gözü görə-görə
öz ailəsi dağıldı, hərə ağzını bir tərəfə tutdu. Bu da sonu.
Tək o qaldı. O da başını bu gün, sabah yerə qoyar. Hiss
elədi ki, kiminləsə danışmaq istəyir, istəyir öz səsini eşitsin.
“Təcili yardım”ın sürücüsü sinəsini sükana söykəyib siqaret
tüstülədirdi. Bu adam onu tanıyırdı, nələr keçirdiyini bilirdi.
Gedib maşının yanında durdu, əlini maşına toxundurdu,
bayaq çıxdığı qapıya baxa-baxa köks ötürdü. Sürücü isə
dillənmirdi. Özünü elə bil yenə kənardan gördü – maşının
232