Page 228 - "Yolüstü söhbət"
P. 228
əyirdi qabağına gedib görüşsün, qucaqlasın. Allahın quru
salamını da vermədi. Əyilib sakitcə ayaqqablarını çıxarırdı,
elə də çıxarırdı ki, guya aradan otuz il keçməyib, bu qapını
örtdüyü dünəndi. Matı-qutu qurudu, heyrətləndi ki, görən,
qardaşı, doğrudanmı, bu otuz ildə özünü aldada bilib, ev-
siz-eşiksiz qalmağında onları günahkar sayır? Ancaq bəlkə
heç özünü aldatmayıb, elə doğrudan da, həmişə ondan
zəhləsi gedib? Hə?! Heç vaxt da, onun fikirləşdiyi kimi,
evdən getdiyinə peşman olmayıb, yarı canı onların yanında
qalmayıb, qayıtmağa bəhanə axtarmayıb, yuxularını
qarışdırmayıb? Yəni, doğrudanmı, o, qardaşının gözündə
belə pis, vecsiz adamdı?! İntəhası, bəlkə elə doğrudan da,
o, vecsiz adamdı? Olur da, elə adamlar olur ki, hamı onun
yanında darıxır, elədiyi, dediyi hamıya xor gəlir, çalışırlar
tezcə ondan uzaqlaşsınlar, canlarını qurtarsınlar. Yəqin o,
elə adamdı. Bir adamı ki, arvadı da iki uşaqla atıb qaçırsa,
demək, burda nəsə var, demək, heç nə boş yerə deyil; nə
olsun, sonradan bir şey tapıb ürəyini sakitləşdirir, inanır
ki, guya ondan asılı heç nə yoxuymuş, guya belə də
olmalıymış. Ancaq axı belə olmaya da bilərdi, hamının
başına bu iş gəlmir ki! Demək, burda nəsə var. Nahaq yerə
Vəli yadına tez-tez düşmür, həmişə narahatdı, xəcalət çəkir
ki, oğlunu arayıb-axtarmadı, di gəl, o saat da özünü təmizə
çıxarır: hələ imkanı yoxdu, uşaqlar aman vermir, qoy
bunun xəstəliyi qutarsın, qoy bu uşaq böyüsün, qoy bunu
ərə verim... Düzdü, imkanı yoxdu, uşaqlar, qayğılar aman
vermədi, başı özünə qarışdı, ancaq bir parça kağızsa yaza
bilərdi, bayramdan-bayrama bir otkrıtka yollaya bilərdi.
İstəmədi. Çünki gərək onda yerində saymayaydı, bu gün
dünənkindən daha qayğıkeş, daha həssas olaydı, daha

228
   223   224   225   226   227   228   229   230   231   232   233