Page 227 - "Yolüstü söhbət"
P. 227
idib əsəbiləş, üstəlik, özünü də sal azara, qardaşının gü-
nünə ağla, kömək elə balalarını saxlasın, böyütsün. Düz iş
gördü. Ancaq buna görə getdiyini boynuna almağı şəninə
sığışdırmadı. O, axı qəhrəmanıydı. Gərək qəhrəman kimi
də gedəydi, özünücə düşündüyünü, özünə rahatlıq axtar-
dığını pərdələyəydi, özü özünü aldadaydı; guya əziyyətdən
qaçmır, onun ucbatından özünü əziyyətə salır, evindən
didərgin düşür, çünki burnunun suyunu axıtdığına görə
ondan zəhləsi gedir, üzünə baxammır. Yaxşı ki, tez getdi,
yoxsa əlindən yığmışdı, axır tutaşacaqdılar. Ancaq sonra
bir gün keçdi, iki gün keçdi, görəndə ki, camaat arasına
çıxammır, başını qaldırıb şax gəzəmmir – hirsi soyudu,
qardaşını qınayammadı. Qəribəydi ki, onda heç kimdən
inciyə bilmirdi, incimək ağlına da gəlmirdi. Soyuq
görüşürdülər – təbii sayırdı, yan keçirdilər – təbii sayırdı.
Əksinə, kimsə mehribanlıq eləyəndə, xoş söz deyəndə, xoş
üz göstərəndə dalağı sancırdı, bunu yüz yerə yozurdu. Elə
o vaxtdan vasvası oldu, başladı hamıya, hər şeyə şübhəylə
baxmağa. Belə yaşamaqsa zülmdü. Hardansa gic-gic fikirlər
dolur beyninə, bilirsən ki, boş şeydi, nahaq narahat olursan,
başından atmaq lazımdı bunu, unutmaq lazımdı, ancaq ye-
nə özünlə bacarmırsan, həmin fikrin dalına düşüb gedir-
sən, nələrsə uydurursan, nələrsə toqquşdurursan, içində
əsib-coşursan, asıb-kəsirsən, səhər də özündən toqquşdur-
duqlarına uyub kimisə acılayırsan, kimdənsə gen qaçırsan,
ya kiməsə yaltaqlanırsan, qulluq göstərirsən. Sonra da bun-
ları yadına sal, peşman ol, özünü danla, söy, özün özündən
bez. Yəqin daha ölüncə bu xasiyyət ondan əl çəkməz. İndi
də qardaşının danışdırmamağını durub özünə dərd eləyib,
hələ canı da yanır ona. Otuz ildi görməmişdi, ürəyi əsirdi,

227
   222   223   224   225   226   227   228   229   230   231   232