Page 226 - "Yolüstü söhbət"
P. 226
ədi, gözləyirlər şad xəbər versinlər, muştuluqlasınlar:
gözün aydın, arvadın qaçıb. Gülməlidi. Yaman gülməlidi.
Gərək belə gülməli iş elə onun başına gələymiş. Əməllicə
ağlını itirmişdi, elə bilirdin dünyanın axırıdı, tələyə düşmüş
siçan kimi vurnuxurdu, yazıq-yazıq döyükürdü, hamıya
yalvarırdı, “bir şey fikirləşin da, bir şey fikirləşin...” İndi
də yadına salanda onu tər basır, özünə nifrət eləyir. Sonra
hələ sızıldaya-sızıldaya küçəyə çıxdı, ordan vağzala qaçdı,
gəlib-gedən qatarların pəncərəsinə boylandı, evə qayıdanda
da tələsidi, guya qayıdıb arvadını evdə tapacaqdı, eşitdiyinin
yalan olduğunu biləcəkdi. Gəldi ki, sakitlikdi; dağılışan
dağılışıb, yatan yatıb, oyaq bircə qardaşıdı, oturub kitab
oxuyur – lap kövrəldi, doluxsundu. “Bir xəbər yoxdu,
bəlkə başına bir iş gəlib, hə?” Adam cavanlıqda nə yaman
axmaq olurmuş. Bir çətinliyə düşəndə elə fikirləşirsən heç
kimin boğazından su keçməz, gözünə yuxu getməz, başının
üstünü kəsdirib dayanarlar ki, ay aman, görək nə deyir,
ürəyi nə istəyir. Onda sağ olsun, qardaşı ayıltdı. “Arvad
kimi nə ağlayırsan, ə, dedi, nə olub, qaçıb, cəhənnəmə
qaçıb, özünü niyə öldürürsən?!” Bilirdi ağzını açıb cavabında
heç nə deyəmməyəcək. Nə deyəsiydi axı, deyəsiydi ağla-
mıram?! Bilirdi. Ona görə cırtdadı, tezcə özünü göstərdi.
Beləsini indi yaxşı tanıyır: birinin nəsə ayıblı işini görəndə,
üzünü çevirib görməzliyə vurmaz, o saat yaxasından
yapışar, danlayar, dərs verər, ağıl öyrədər, nədi ki, utandırsın,
alçaltsın, qabağında diligödək eləsin. İstədiyi bircə bu idi.
Başını götürüb evdən birdəfəlik gedəndə də yenə oyun
oynadı. Getməyinə düz eləyib gedirdi, hamının dilinə dü-
şən, dalınca şınqroy çalınan adamla bir damın altında niyə
də yaşamalıydı ki. Qal, gündə hər ağzıgöyçəkdən bir söz
226