Page 221 - "Yolüstü söhbət"
P. 221
ə yaşasan da, vaxt özü ilə peşmançılıq gətirir,
anlayammırsan nə yaxşıdı – yanından ötüb keçdiyin, yoxsa
çatdığın. Bu gün inandığına da sabah şübhə eliyirsən, əlin
hər yerdən üzüləndə heç nədən yenə özünə bir ümid
yaradırsan, indi də onun arxasına düşürsən. Bütün ömrü
beləcə ümidlə şübhə arasında keçdi. Gərək vaxtında başa
düşəydi ki, başını dik tutub gəzmək üçün sənin necə
olduğun vacib deyil, səni necə tanıdıqları vacibdi. Ancaq
bu, narahatçılıq gətirir, istəyirsən səni olduğu kimi tanısınlar,
sevsinlər, hörmət eləsinlər, bilsinlər ki, sən bir küncə çəkilib
dursan da, onları düşünürsən, onlarla nəfəs alırsan, gecə-
gündüz Allaha yalvarırsan ki, heç kimə heç nə olmasın, bir
xətər toxunmasın. İntəhası, bunu bilmək heç kimə lazım
deyil, qışqırsan belə, səsin heç kimə çatmaz, çünki hamı
sənin kimi eşitdiyinə şübhə eləməyicə bacarır, eşitdiyi bir
yana, gözü ilə gördüyünə, yaxşılığına, ya pisliyinə inandığına
da sonradan yüz cürə don geyindirir, çünki keçən vaxt,
olanı sınıq güzgü kimi hər qəlpəsində bir cürə göstərir.
Gərək bunları vaxtında başa düşəydi, yaddaşın unutqanlığına
inanaydı, başa düşəydi ki, yalanla həqiqət eyni şeydi – hər
şey olan anda həqiqətdi, bir an sonra yalan. Yalan olduğuna
görə də olub-keçəni öz ömrü kimi xatırlayammır, elə bil
ayrı-ayrı illəri, günləri ayrı-ayrı adamlar yaşayıb. Ayrı bir
adam haçansa uşaq olmuşdu, səhər-səhər yerindən durub
yuxulu-yuxulu ata-anasının yanına qaçmağı xoşlayırdı,
aralarında uzanıb nazlanırdı, xətrinə dəyəndə, nədənsə
inciyəndə acıq eləyib küsürdü, bilirdi ki, gəlib könlünü
alacaqlar, qılığına girəcəklər, əvvəlkindən daha çox əziz-

221
   216   217   218   219   220   221   222   223   224   225   226