Page 222 - "Yolüstü söhbət"
P. 222
yəcəklər. Onda da qar yağırdı, gün çıxırdı, di gəl, o uşaq
unamırdı qar yağdığına niyə sevinir, atası evə gec qayıdanda
niyə darıxır, başına niyə fırlanırlar, nazı ilə niyə oynayırlar,
küsəndə niyə qılığına girirlər – tələsiyirdicə, tələsiyirdi ki,
axşam olsun, tələsiyirdi ki, səhər açılsın, çünki hər an, hər
gün özü ilə sevinc gətirməliydi. Bir dəfə evdə adam çox
olduğundan, Vəliylə onu yatızdırmağa qonşuya apardılar.
Onların da tək qalmaq ürəklərindəniydi; yerlərinin içində
oynayırdılar, gülürdülər, yastıqları bir-birinə tullayırdılar.
Qəfil ataları otağa girdi, acıqlı-acıqlı üstlərinə qışqırdı ki,
sakit olsunlar, gülməsinlər! İkisi də elə bil bir himə bəndiy-
dilər, səs-səsə verib ağladılar. Onda ataları da durub-durub
birdəncə ağladı, onları qucaqlayıb, ağlayın, dedi, siz də ağ-
layın, ananız ölüb. O uşaq inanırdı ki, gözünü açıb isti,
işıqlı evlərini, altında oynadığı tanış ağacları gördüyü kimi
hər gün ata-anasını da görəcək. Sonra bir gün keçdi, iki
gün keçdi, bu günlər ötən günlərə oxşamayanda həmin
uşaq da yoxa çıxdı, anasının yoxluğuna, atasının sərtliyinə,
qaraqabaqlığına, evdəki qanqaraçılığa öyrəşən daha ayrısıydı,
onunçün tanış həyətdən, tanış ağaclardan savayı məktəb
varıydı, küçə varıydı, dostları, yoldaşları varıydı, çox vaxt
heç evdən ötrü darıxmırdı da, çünki evdə hər dəqiqə
qorxurdu ki, bu saat atası ona, ya qardaşlarına hirslənəcək,
yenə qanqaraçılıq olacaq. Sonra atası evləndi, evlənib
birdən-birə dəyişdi, mehribanlaşdı, pis bir iş tutanda da
xətirlərinə dəymədi, elə bil nədəsə təqsirkardı, çalışırdı
günahını yusun, özünü təmizə çıxarsın. Onlar da evdəki
dincliyə sevinirdilər, ancaq ataları çox mehribançılıq eləyəndə

222
   217   218   219   220   221   222   223   224   225   226   227