Page 217 - "Yolüstü söhbət"
P. 217
ünü məcbur elədiyindən ləzzət ala-ala tələsmədən
stəkanını duzla yudu. Sonra çay süzüb öz otağına apardı.
Bufetin gözündən limon çıxarıb dilimlədi. İçində beş-altı
dənə nanəli konfet olan şüşə şəkər qabını da, limon saldığı
stəkanı da çarpayının yanındakı krujeva örtüklü tumbanın
üstünə qoydu, çarpayıya uzanıb gözlərini yumdu. Bir vaxt
çətinliyə düşəndə, ya nədənsə bezəndə özünü sakitləşdirirdi
ki, həmişə belə olmayacaq, bu qanqaraçılıq da, çətinlik də
keçəcək, öz otağında bir stəkan çayla tək qaldığı anlar da
olacaq, kənar gözdən uzaqda rahatca düşünüb-daşına bilə-
cək, nəyəsə, içdiyi çayın dadınamı, döşəyin yumşaqlığına-
mı, ya pəncərədən düşən gün işığınamı, fərqi yoxdu, nəyəsə
yenə sevinəcək, nədənsə ləzzət alacaq. Hətta inanırdı ki,
hər şeydən, hamıdan əli üzüləndə də ömrü onu diysindirməz,
çünki bu sevinclər dörd divar arasında da onunla olacaq.
Ancaq onda tək deyildi, ailəsi vardı, uşağı vardı, onda hələ
arvadı onu atıb getməmişdi. Hə, demə, onda bunları arzu-
lamaq mümkünüymüş, bu, demə, yorğun adamın yuxu
arzulamağı kimi bir şeymiş – gözündən yuxu tökülə-tökülə
sevincək özünü çarpayıya yıxırsan, di gəl, səhər ayılacağından
qorxmursan, əksinə, ona da sevinirsən ki, səhər ayılacaqsan,
mütləq ayılacaqsan, görəcəksən kimlərinsə gözü səndədi,
onlar sənsiz bir addım da ata bilməzlər. Demə, bütün ömrü
boyu bunuca – kimlərinsə səndən asılı olduğunu, necəsə
sənə ehtiyacı olduğunu hiss eləməkcə adama rahatlıq
gətirirmiş. Çünki onda səni sevdiklərinə sözsüz-söhbətsiz
inanırsanmış. Yəqin bu rahatlığa görə uşağı balaca vaxtı
çox istəyirsən; bilirsən ki, döysən də, söysən də, səndən

217
   212   213   214   215   216   217   218   219   220   221   222