Page 215 - "Yolüstü söhbət"
P. 215
sdilər. Neyləsinlər, üzləri ətdəndi, igid deyillər. Gərək
igid olasan ki, özündən başqa heç kimi bəyənməyəsən,
ömründə bir dəfə də nəyəsə peşman olmayasan, əzab
çəkməyəsən...
Çaydanı qazın üstdən götürmək üçün ayağa duranda
hiss elədi ki, onu soyuq tutub. Kürkə bərk-bərk bürünüb,
çəkələklərini sürüyə-sürüyə yarıqaranlıq dəhlizin axırına
getdi. Qapı açıq idi. Dayanıb key-key açıq qapıya baxdı:
axı bayaq qapını örtmüşdü?! Bunu edib-etmədiyini yadına
salmağa çalışaraq, külək bir də açmasın deyə, qapının ara-
sına əski qoyub örtdü. O dəqiqə də evə ürəyincə olmayan
bir sakitlik çökdü. Bu sakitlikdə sobanın uğultusu, divar
saatının cansıxan taqqıltısı eşidildi. Şüşənin o tərəfində kü-
lək öz lal oyununu çıxarırdı. Sıx buludlar tutqun pərdə ki-
mi günün qabağını tutmuşdu, amma külək hərdən bu boz-
bulanıq pərdənin kənarını azacıq qaldırırdı, onda soyuq
günəş şüası donmuş torpağın üstü ilə titrəyə-titrəyə sürüşüb,
yenə bircə anda yoxa çıxırdı.
Pəncərəsi çardağa baxdığından mətbəx lap alaqaranlıq
idi. Çaydanın altı yanmırdı. Əlini toxundurdu – soyuqdu,
yəqin, qaynadığına görə qardaşı altını söndürmüşdü. Qazı
yandırıb çaydanı təzədən üstünə qoydu. Əlini oda tutdu.
Barmaqlarına isti dəyəndə canından üşütmə keçdi. Fikirləşdi
ki, bircə bu qışın qış günü xəstələnməyə, yorğan-döşəyə
düşməyə. Bir yandan soyuq, bir yandan da şıppır tərin
içində. Qızları gəlib baş çəksə də, gərək yenə nələrisə özü
eləsin, heç olmasa, durub çay qoysun, hələ gəl islanıb bə-
dəninə yapışmış gecə köynəyinin üstündən bərk-bərk
215