Page 212 - "Yolüstü söhbət"
P. 212
işdi. Bircə Lüdmilanın gəlişini təsəvvür eləyəndə
həyəcanlanırdı, elə bil özü orda olmuşdu, sarışın qadının
bir payız səhəri qucağında uşaq həyətdə necə çəkinə-çəkinə
dayandığını görmüşdü, hamı ilə bir yerdə sevinmişdi (bacısı
deyirdi ki, mat qalmışdıq); necə də sevinməyəsən, bir
yandan Vəlinin itkin düşmək xəbəri, evdə qan-qaraçılıq, o
biri yandan da Lüdmila əlində körpə, heç kim də bilmirdi
Vəli əsgərlikdə evlənib, müharibəyə qədər hələ uşaq da
dünyaya gətirib. Yəqin onda Vəlidən incimək heç kimin
ağlına gəlməzdi ki, niyə belə iş tutub – yenə şükür, kim
bilir qayıdacaq, ya qayıtmayacaq, heç olmasa, yadigarısa
qalıb, canı canından, qanı qanından. Dönə-dönə bu səhnəni
fikrində istədiyi kimi qurmuşdu, qadının kimsəsiz həyətdəki
çaşqınlığını, qorxusunu hiss eləmişdi: bilmir neyləsin,
kimisə çağırsın, ya gözləsin, hələ bu saat kimsə bayıra
çıxacaq, burda niyə dayandığını soruşacaq, onda birinci
hansı sözü desin, necə başa salsın, başa salana qədər, görən,
ona nə deyəcəklər, necə baxacaqlar? Sonra qadının qorxusunu
hiss eləyə-eləyə qapının necə açıldığını görürdü, gah atası
çıxırdı o qapıdan, gah bacısı, ya qardaşı, ancaq bir dəqiqə
ötürdü hamısı artırmada durub gözlərini qadına zilləyirdilər,
qadın da dili söz tutmadığından əlində sıxdığı məktubu
uzadıb, birdəncə ağlayırdı. Bəlkə də heç ağlamamışdı,
bəlkə də bu görüş bir az başqa cür olmuşdu, ancaq inanırdı
ki, əvvəl-əvvəl bu görüş evdəkiləri sevindirib, çünki onda
hələ Lüdmila – Lüdmila deyildi, oğullarının yanından
gəlmiş adam idi, təzə xəbərlər, təzə söhbətlər gətirmişdi,
hələ gərək neçə vaxt keçəydi ki, Lüdmilanı yanından gəldiyi
adamdan ayıraydılar, elədiyi söhbətləri, özlərinə nə lazımsa,

212
   207   208   209   210   211   212   213   214   215   216   217