Page 207 - "Yolüstü söhbət"
P. 207
FEVRAL
K ülək qalxdığını qapı zərblə açılanda bildi. Otağa
bayırın səs-küyü ilə bərabər, soyuğu da doldu.
Soyuq hava pərdələri yellətdi, nəsə xışıldayıb düşdü, hara-
dasa boş vedrə danqıldadı. O, qapını örtməyə tələsmədi,
uzandığı yerdəcə büzüşüb küləyin səsinə qulaq verdi. Qəfil
evə dolan bu səs özü ilə kimlərinsə qaçdığı, vurnuxduğu,
yaşamağa tələsdiyi başqa bir həyatın nəfəsini gətirmişdi.
Ancaq başqa həyat onda heç bir həvəs, maraq oyatmadı.
Dəmir çarpayının cırıltısına üz-gözünü qırışdıra-qırışdıra
qalxıb yerinin içində oturdu, – ayağı döşəməyə çatmırdı.
Və elə bil çarpayının cırıltısını eşitməmək üçün bir müddət
eləcə də qaldı. Bayaq azca tərləmişdi, indi hiss elədi ki,
yavaş-yavaş küləyin soyuq əli bədənində gəzir. Altmış ildə
özünü yaxşı öyrənmişdi, nə vaxt, nədən, necə xəstələnəcəyini,
xəstəliyin necə başlayıb, necə qurtaracağını əvvəlcədən
duyurdu. Ancaq indi bədənində gəzən soyuq ələ mane
olmaq istəmədi – bu təmasda nəsə xoşa gələn bir şey vardı.
Bildi ki, “nəsə” keçmişlə bağlıdı, ömrün hansı gözəl anınınsa
uzaq əks-sədasıdı.
207