Page 210 - "Yolüstü söhbət"
P. 210
ını inandırmaq istəyirmiş kimi, başladı lap mehribançılıq
eləməyə. İndi də hay deyəndə yanlarını kəsdirir, xeyirdə-
şərdə əldən-ayaqdan gedir, hələ durub burdan Vitebskə,
Vəlinin oğlunun toyuna da yollandı. Yazıq Vəli, yazıq Vəli,
nə yaşadı, nə gördü, heç bilmədilər qəbri hardadı, bəlkə də
heç yoxdu. Sir-sifətini elə yaxşı xatırlayır, elə bil dünən
ayrılıblar. Vur-tut 18 yaşı vardı, elə yaşına görə də, sir-
sifətinə, görüb-götürdüyünə görə də uşaq idi. Ancaq son
şəkillərində tam bambaşqadı – bığlı, sərt, hətta bir az
zəhmli. Baxır, baxır, heç inanmağı gəlmir ki, bu, Vəlidi.
Oxuyub rütbə alıbmış, təyyarəçi olubmuş, evlənibmiş, boy-
buxunlu, ailə qayğısı çəkən kişiymiş, di gəl, Vəlini heç vaxt
bu cür təsəvvür eləyəmmədi. Yəqin, ona görə arvadının,
uşağının varlığını, Düzyurda gəlib-getməklərini hələ də
nağıla oxşadır. Qucağında körpə uşaq, əlində taxta çamadan
yol basa-basa, vağzallarda yata-yata, qatarlar dəyişə-dəyişə
ərinin verdiyi ünvanla Vitebskdən gəlib, bir səhər Düzyurda
çıxasan, evi tapdığına, əziyyətdən qurtardığına sevinəsən
və bir də eşidəsən ki, ərin itkin düşüb. Sonra da yad yer
sənə lap yad ola, hamıdan bir xoş söz uma-uma, hamıya
yük olacağından qorxa-qorxa oturub müharibənin
qurtarmağını gözləyəsən, hərdən-hərdən də özünü aldadasan
ki, bəlkə ərindən bir xəbər çıxdı. Həmin günləri çox daşınıb-
düşünmüşdü, çalışmışdı Lüdmilanın gəlişini gözünün
qabağına gətirsin, o yolun əziyyətini, Lüdmilanın gəlib
çatandan sonrakı peşmançılığını hiss eləsin, bilsin kim
haqlıdı, kim haqsızdı, çünki o, müharibədən qayıdanda nə
Lüdmila varıydı, nə uşaq, qardaşı isə Vəli üçün tikilmiş
evə köçmüşdü, bacısından savayı da heç kimi danışdırmırdı.
210